Tarix:30/03/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, şirkətlər artıq VR texnologiyaların üstünlüyünü lazımınca qiymətləndirirlər. Məsələn, ekspertlər qeyd edirlər ki, avtomobil satıcıları və turizm agentlikləri öz mal və xidmətlərinin təşviqi üçün VR alətlərdən uğurla istifadə edirlər. Avtomobilin virtual test-drayvı və ətraflı icmalı potensial alıcılarda maşın haqda daha yaxşı təsəvvür yaradır, tur paketlərin satışı vaxtı isə virtual turlar və panorama çarxlar səyahət üçün istiqaməti seçməkdə kömək edir.
Həmçinin VR texnologiyalar mebel və məişət əşyaları mağazaları üçün olduqca faydalıdır. Alıcılar qərar qəbul etməzdən əvvəl virtual reallıq texnologiyasının köməyi ilə məhsula ətraflı baxa, onu ev şəraitində görə, öz zövqünə uyğun detalları seçə bilərlər. İsveçin “IKEA” mebel ticarət şəbəkəsi və Şimali Amerikanın evin tərtibatı üzrə “Lowe's” mağazalar şəbəkəsi virtual texnologiyalardan uğurla istifadə edirlər.
Emil Hüseynov
Virtual reallıq texnologiyaları şopinqin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək
Onlayn ticarət və rəqəmli marketinq internetdə alış-verişi daha rahat və sadə hala gətirib, həmçinin alıcılara satın alınmış malları qiymətləndirməyə, məhsul və xidmətlər haqda informasiyanı başqa insanlarla paylaşmağa imkan verib. “ABI Research” şirkətinin analitikləri hesab edirlər ki, virtual reallıq texnologiyaları şopinqin keyfiyyətini yüksəltmək üçün daha bir effektiv alət ola bilər. Ekspertlərin qiymətləndirməsinə görə, ticarət və marketinq sahəsində virtual reallıq texnologiyalarından istifadə 2022-ci ildə 1,8 milyard dollar gəlir gətirəcək.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, şirkətlər artıq VR texnologiyaların üstünlüyünü lazımınca qiymətləndirirlər. Məsələn, ekspertlər qeyd edirlər ki, avtomobil satıcıları və turizm agentlikləri öz mal və xidmətlərinin təşviqi üçün VR alətlərdən uğurla istifadə edirlər. Avtomobilin virtual test-drayvı və ətraflı icmalı potensial alıcılarda maşın haqda daha yaxşı təsəvvür yaradır, tur paketlərin satışı vaxtı isə virtual turlar və panorama çarxlar səyahət üçün istiqaməti seçməkdə kömək edir.
Həmçinin VR texnologiyalar mebel və məişət əşyaları mağazaları üçün olduqca faydalıdır. Alıcılar qərar qəbul etməzdən əvvəl virtual reallıq texnologiyasının köməyi ilə məhsula ətraflı baxa, onu ev şəraitində görə, öz zövqünə uyğun detalları seçə bilərlər. İsveçin “IKEA” mebel ticarət şəbəkəsi və Şimali Amerikanın evin tərtibatı üzrə “Lowe's” mağazalar şəbəkəsi virtual texnologiyalardan uğurla istifadə edirlər.
Emil Hüseynov
Baxış sayı: 524
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır