12px13px15px17px
Tarix:20/10/11

Stiv Cobs ölümündən bir gün əvvəl də yeni məhsul üzərində işləyib

Stiv Cobsun ölümündən sonra onun haqqında şayiə və əfsanələr yaranmağa başlayıb. Lakin “Apple” korporasiyasının uzun müddət ərzində əməkdaşı olan “SoftBank” yapon operatorunun rəhbəri Masaeşi Sona etibar etməməyə heç bir səbəb yoxdur. Onun sözlərinə əsasən, Amerika korporasiyasının rəhbəri “Apple”-da hətta, ölümündən bir gün əvvəl də işləyib.

"Mən “iPhone 4S” smartfonunun təqdimatı üçün “Apple” şirkətinə gəldim. Tim Kuk ilə görüşdükdə o dedi: “Bağışlayın, lakin mən getməliyəm". Mən hara getdiyini soruşduqda - rəhbərim mənimlə danışmaq istəyir - deyə, o cavab verdi ".

Bu hadisə “iPhone 4S” smartfonunun təqdimatı günündə baş verib. Tim Kukun sözlərinə əsasən, Stiv Cobs yeni məhsulu müzakirə etmək üçün ona zəng vurub. Növbəti gün isə o, dünyasını dəyişib” - Masaeşi Son bildirib.



Baxış sayı: 1210

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024