12px13px15px17px
Tarix:17/06/11

Elektron pullarla aparılan əməliyyatlar tənzimlənəcək

Azərbaycanda elektron pullarla əməliyyatların tənzimlənməsi üzrə normativ-hüquqi baza hazırlanır. Milli Bank tərəfindən elektron pullarla əməliyyatların tənzimlənməsi üzrə normativ-hüquqi bazanın hazırlanması ilin sonunadək başa çatacaq.
Milli Bankdan verilən məlumatda deyilir ki, qanunvericiliyə görə, hazırda məbləğ 150 avrodan çox olmadıqda hesabdakı elektron pullar anonim ola bilər, əks halda onlar şəxsləndirilməlidir.
Qeyd edək ki, elektron pullar böyük olmayan məbləğdə kütləvi ödənişlərin həyata keçirilməsi zamanı nisbətən tez-tez istifadə olunur. Məsələn, nəqliyyatda ödəniş zamanı, kommunal xidmətlərin ödənilməsi, müxtəlif cərimələr, internetdə hesablaşmalar zamanı və.s
Elektron pullarla ödənişlər prosesi sürətlə həyata keçirilir, növbələr yaratmır, qalıq ödəmək lazım gəlmir. O da məlumdur ki, malların haqqının internet vasitəsi ilə ödənilməsinin müxtəlif üsullarını həyata keçirmək məqsədi ilə xüsusi elektron ödəniş sistemləri işlənib hazırlanmışdır. Bu sistemlərə kredit kartları, elektron pullar və cib kisələri vasitəsi ilə ödəniş sistemləri, «müştəri−müştəri» ödəniş sistemləri, mikroprosessorlu kredit kartları, elektron çeklər və veksellər üzrə elektron ödənişlər daxildir. Elektron kommersiya üçün proqram təminatı nə qədər təkmildirsə, şəbəkədə kredit kartları ilə alışlar da bir o qədər çox həyata keçirilir.



Baxış sayı: 2253

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024