Tarix:09/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, şirkətin qiymətləndirməsinə görə, ötən il sahənin həcmi təxminən 3,52 trilyon dollar təşkil edib. Bu, dünya miqyasında xərclərin 3,39 trilyon dollar qiymətləndirildiyi ötən illə müqayisədə 3,8 faiz çoxdur.
Cari ildə bazarın 6,2 faizlik artım nümayiş etdirməsi nəticəsində sahənin həcmi 3,74 trilyon dollara çatacaq.
Qeyd olunur ki, 2018-ci ildə 188 milyard dollar məlumat emalı mərkəzləri üçün sistemlərin payına düşəcək. Korporativ sinfə aid proqram təminatı seqmentində xərclər 391 milyard dollara bərabər olacaq. İT servisləri seqmentinin həcmi 1 trilyon dollar səviyyəsində proqnozlaşdırılır. Kommunikasiya servisləri daha 1,45 trilyon dollara sahib çıxacaq.
Bildirilir ki, kompüter qurğularına – masaüstü sistemlər və noutbuk, planşet və mobil qurğulara tələbat bu il 706 milyard dollara çatacaq. Bu, ötən illə müqayisədə 6,6 faizlik artıma bərabər olacaq.
Proqnozlara görə, 2019-cu ildə İT sahəsində qlobal xərclərin 2,8 faiz artması nəticəsində sahənin həcmi 3,85 trilyon dollara yüksələcək.
Nizam Nuriyev
“Gartner”: “Bu il İT sahəsində qlobal xərclər 3,7 trilyon dolları ötəcək”
“Gartner” şirkəti 2018-2019-cu illər üçün dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnozunu açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, şirkətin qiymətləndirməsinə görə, ötən il sahənin həcmi təxminən 3,52 trilyon dollar təşkil edib. Bu, dünya miqyasında xərclərin 3,39 trilyon dollar qiymətləndirildiyi ötən illə müqayisədə 3,8 faiz çoxdur.
Cari ildə bazarın 6,2 faizlik artım nümayiş etdirməsi nəticəsində sahənin həcmi 3,74 trilyon dollara çatacaq.
Qeyd olunur ki, 2018-ci ildə 188 milyard dollar məlumat emalı mərkəzləri üçün sistemlərin payına düşəcək. Korporativ sinfə aid proqram təminatı seqmentində xərclər 391 milyard dollara bərabər olacaq. İT servisləri seqmentinin həcmi 1 trilyon dollar səviyyəsində proqnozlaşdırılır. Kommunikasiya servisləri daha 1,45 trilyon dollara sahib çıxacaq.
Bildirilir ki, kompüter qurğularına – masaüstü sistemlər və noutbuk, planşet və mobil qurğulara tələbat bu il 706 milyard dollara çatacaq. Bu, ötən illə müqayisədə 6,6 faizlik artıma bərabər olacaq.
Proqnozlara görə, 2019-cu ildə İT sahəsində qlobal xərclərin 2,8 faiz artması nəticəsində sahənin həcmi 3,85 trilyon dollara yüksələcək.
Nizam Nuriyev
Baxış sayı: 550
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır