Tarix:29/04/18
Qeyd edək ki, "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası" 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.
Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.
Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın saytında ("www.olimpiada.az") respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.
Ötən 11 ildə hər il orta hesabla 10-15 ali təhsil müəssisəsindən 40-50 komanda (160-200 iştirakçı) Olimpiadanın birinci mərhələsinə qoşulub.
Bu il isə respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda qeydiyyatdan keçərək, Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərib.
Olimpiadanın birinci mərhələsi 29 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində təşkil olunub.
Olimpiada beynəlxalq "ACM/ICPC" (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda isə ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.
Qaliblər (I-IV yerlər) "Nar" operatoru və "BestComp Group" şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq.
Məlumat üçün bildiririk ki, Olimpiadanın növbəti (final) mərhələsi 5 may 2018-ci tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.
“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə növbəti dəfə "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"na start verilib. Bu il olimpiada artıq 12-ci ildir ki keçirilir.Qeyd edək ki, "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası" 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.
Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.
Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın saytında ("www.olimpiada.az") respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.
Ötən 11 ildə hər il orta hesabla 10-15 ali təhsil müəssisəsindən 40-50 komanda (160-200 iştirakçı) Olimpiadanın birinci mərhələsinə qoşulub.
Bu il isə respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda qeydiyyatdan keçərək, Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərib.
Olimpiadanın birinci mərhələsi 29 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində təşkil olunub.
Olimpiada beynəlxalq "ACM/ICPC" (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda isə ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.
Qaliblər (I-IV yerlər) "Nar" operatoru və "BestComp Group" şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq.
Məlumat üçün bildiririk ki, Olimpiadanın növbəti (final) mərhələsi 5 may 2018-ci tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.
Baxış sayı: 699
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır