Tarix:22/10/11
Keçən rüb də şirkət zərərə məruz qalmışdı. “Acer” şirkətinin məlumatına əsasən, cari ilin üçüncü rübündə xalis zərər 1,1 milyard Yeni Tayvan dolları (36 milyon dollar) təşkil edib. Qeyd edək ki, ikinci rübdə zərər 6,7 milyard Tayvan dolları məbləğində olub.
Əvvəllər “Acer” fərdi kompyuter istehsalçılarının reytinqində üçüncü yeri tuturdu, hal-hazırda isə istehsalçı dördüncü mövqedə yerləşib. “İDC” analitik şirkəti qeyd edib ki, hazırda “Acer” şirkətinin mövqeyi fərdi kompyuter bazarı ilə müqayisədə daha sürətlə zəifləyir.
Ekspertlər yaranmış vəziyyətin səbəbini “Acer” şirkətinin biznes-seqmentə deyil, istifadəçilərə doğru istiqamətlənməsində görür.
İndi şirkət gəlirinin əhəmiyyətli hissəsi noutbuk satışlarından əldə edilir. Lakin “Acer” rəhbərliyi bildirib ki, bu ilin sonuna internet planşetlər şirkətin gəlirində əhəmiyyətli paya malik olacaq.
“Acer” şirkəti iki rübdür ki zərərə məruz qalır
Tayvanın kompyuter istehsalçısı “Acer” cari ilin üçüncü rübünün nəticəsinə əsasən zərərə məruz qalması haqqında məlumat verib. Şirkətdən təsdiqləyiblər ki, bazarda fərdi kompyuter satışları aşağı düşür.Keçən rüb də şirkət zərərə məruz qalmışdı. “Acer” şirkətinin məlumatına əsasən, cari ilin üçüncü rübündə xalis zərər 1,1 milyard Yeni Tayvan dolları (36 milyon dollar) təşkil edib. Qeyd edək ki, ikinci rübdə zərər 6,7 milyard Tayvan dolları məbləğində olub.
Əvvəllər “Acer” fərdi kompyuter istehsalçılarının reytinqində üçüncü yeri tuturdu, hal-hazırda isə istehsalçı dördüncü mövqedə yerləşib. “İDC” analitik şirkəti qeyd edib ki, hazırda “Acer” şirkətinin mövqeyi fərdi kompyuter bazarı ilə müqayisədə daha sürətlə zəifləyir.
Ekspertlər yaranmış vəziyyətin səbəbini “Acer” şirkətinin biznes-seqmentə deyil, istifadəçilərə doğru istiqamətlənməsində görür.
İndi şirkət gəlirinin əhəmiyyətli hissəsi noutbuk satışlarından əldə edilir. Lakin “Acer” rəhbərliyi bildirib ki, bu ilin sonuna internet planşetlər şirkətin gəlirində əhəmiyyətli paya malik olacaq.
Baxış sayı: 1178
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır