12px13px15px17px
Tarix:08/05/18

Telekommunikasiya sahəsində süni intellektin tətbiqi genişlənir

“Tractica” tədqiqat şirkəti telekommunikasiya sahəsində yaxın bir neçə ildə süni intellekt texnologiyaları, proqram təminatı, avadanlıq və onlardan istifadə servislərinə on milyardlarla dollar yatırılacağını proqnozlaşdırır. Ekspertlərin qiymətləndirməsinə görə, 2016-2025-ci illərdə telekommunikasiya xidmətləri tədarükçüləri müxtəlif süni intellekt həllərinə təxminən 36,7 milyard dollar sərf edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, telekommunikasiya sahəsində süni intellekt həllərindən əsas istifadə ssenarisi şəbəkə infrastrukturu monitorinqi və onun işinin idarə olunması üçün alətlər olacaq. Mütəxəssislərin fikrincə, telekommunikasiya sahəsində süni intellekt texnologiyaları üzrə investisiyaların 60 faizindən çoxu məhz bu istiqamətə yönəldiləcək.
 
Süni intellektin tətbiqi üçün digər əsas variantlar arasında analitiklər tərəfindən müştəri xidmətləri və marketinq şöbələrində virtual köməkçilərin tətbiqi, sifarişçilərlə münasibətlərin idarə olunması üzrə intellektual sistemlərin (customer relationship management, CRM) yaradılması, kibertəhlükəsizliyin təmini, proqnostik texniki xidmət və fırıldaqçılıqla bağlı nəticələrin yüngülləşdirilməsi sadalanır.
 
“Tractica” şirkətinin analitiki Mark Bekkunun sözlərinə görə, telekommunikasiya sənayesi avtomatlaşdırma vasitəsilə xərcləri azaltmağa və effektivliyi artırmağa imkan verən süni intellekt həllərinin tətbiqi üçün hazırdır. “Əksər rabitə operatorları onları eksperimentdən keçirməyə başlayıb və süni intellekt elementlərini təşkilatlarda tətbiq edir”, - o qeyd edib.
 
Nizam Nuriyev





Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024