12px13px15px17px
Tarix:09/05/18

Bakıda beşinci “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti "Şəbəkə" xidmət mərkəzini istifadəyə verib. Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən "Şəbəkə" xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları təşkil edilib.

Digər "Şəbəkə" xidmət mərkəzlərində olduğu kimi sakinlər telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turizm xidmətlərinin sifarişi, sığorta və digər xidmətlər üçün bu mərkəzə müraciət edə bilərlər.

Mərkəzdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 9:00-dan axşam saat 19:00-dək, istirahət günləri saat 9:00-dan 17:00-dək xidmət göstərilir.

"Şəbəkə"nin yaradılmasında məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.

Xidmətlərin vahid məkanda cəmlənməsi eyni zamanda, vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib.

Bu Bakıda sayca 5-ci xidmət mərkəzidir. Yaxın gələcəkdə paytaxtda və  regionlarda yeni "Şəbəkə" xidmət mərkəzləri vətəndaşların ixtiyarına veriləcək.
 























Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024