12px13px15px17px
Tarix:24/10/11

“Google” şirkəti “Yahoo”nu almaq haqqında danışıqlara başlayıb

“Google” şirkəti “Yahoo” internet portalını almaq üçün vasitəçilərlə danışıqlara başlayıb. Bu barədə, veb- mənbələrə istinadən “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin məlumatına əsasən, “Google” şirkətinin “Yahoo”nu alması barədə hələ ki qəti qərar qəbul edilməyib və danışıqların nəticəsiz bitəcəyi istisna deyil.

“Yahoo”nun satışı haqqında məlumatlar 2011-ci ilin sentyabr ayında çıxıb. “Yahoo” internet portalının satış səbəbi kimi şirkətin qeyri-kafi nəticələri göstərilib.

“The Wall Street Journal” nəşrinin məlumatına əsasən, “Google” şirkətini ilk növbədə “Yahoo” səhifələrində reklam satışları maraqlandırır. Nəşr qeyd edib ki, saziş antiinhisar xidmətlərinin etirazına səbəb ola bilər, belə ki, hər 2 şirkət axtarış biznesi ilə məşğul olur.

“ComScore” analitik şirkətinin hesabatına əsasən, “Google” şirkəti ABŞ-da axtarış bazarının təxminən 65%-ni tutur, halbuki “Yahoo”nun payına 15,5% daxildir.



Baxış sayı: 1468

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024