12px13px15px17px
Tarix:14/05/18

Yerli startapların Silikon Vadisinə mütəmadi səfərləri təşkil olunacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Amerika-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən, iki qurum arasında uzunmüddətli və strateji əməkdaşlıq üçün yol xəritəsi tərtib olunacaq.
 
Amerika-Azərbaycan Ticarət Palatası Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən startap layihələrinə investisiyaların cəlb olunmasına, ABŞ-dakı vençur fondlar ilə əməkdaşlığa, Azərbaycanda fəaliyyət göstərən yerli İKT şirkətlərinin proqram təminatlarının, texnoloji həllərinin və xidmətlərinin ABŞ bazarına çıxarılmasına dəstək göstərəcək.
 
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində "Google", "Lenovo", "Nutanix", ABŞ Texnologiya və İnvestisiya Mərkəzi, ABŞ Dövlətinin İnvestisiya Şirkətinin rəhbərləri ilə görüşlər keçirilib.
 
"Lenovo" şirkətinin vitse-prezidenti Roderik Lappin ilə görüşdə Yüksək Texnologiyalar Parkının nəzdində "R&D" laboratoriyasının yaradılması, inkubasiya proqramı və "Lenovo Vençur Proqramı"nın imkanlarının Azərbaycanda fəaliyyət göstərən startaplara təqdim olunmasına dair ilkin razılıq əldə olunub.
 
ABŞ-ın aparıcı "Nutanix" şirkətinin rəhbəri ilə də görüş keçirilib. "Nutanix" şirkətinin prezidenti Sudhiş Nayer Yüksək Texnologiyalar Parkının və Azərbaycanda ali təhsil müəssisələrindən birinin tərəfdaş olaraq seçilib təhsil və elmi mübadilə proqramına cəlb olunmasını, akademiyanın yaradılmasını, yerli startapların Silikon Vadisinə mütəmadi səfərlərinin təşkil olunmasını təklif edib.
 
ABŞ-ın Xarici Özəl İnvestisiyalar Korporasiyasının (OPIC) kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramının direktoru Tara Bleyk ikitərəfli görüşdə Azərbaycanda yüksək texnologiyalar sahəsində investisiya və maliyyələşdirmə layihələrində maraqlı olduqlarını bildirib. Görüşdə cari il ərzində Yüksək Texnologiyalar Parkında Xarici Özəl İnvestisiyalar Korporasiyası ilə birlikdə yerli şirkətlər üçün investisiya imkanlarına dair informativ sessiyanın keçirilməsi ilə bağlı razılıq əldə olunub. 
 
Daha bir görüş İnnovativ Texnologiyalar Mərkəzinin İnvestisiyalar üzrə direktoru Marko Rubin ilə keçirilib. Bu görüşdə Yüksək Texnologiyalar Parkı ilə birgə layihələrin həyata keçirilməsi, yerli startaplara investorların cəlb olunmasında konsultasiya xidmətlərinin göstərilməsi müzakirə olunub.









Baxış sayı: 144

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Dekabr 2019

05 12 2019

05/12/19
“iPhone” smartfonuna barmaq izi skaneri əlavə ediləcək

“Apple” korporasiyası “iPhone” smartfonuna barmaq izi skanerini əlavə edəcək. “Touch ID” skanerinin yeni

05/12/19
Selfi kamerası korpusdan kənara çıxan “Motorola One Hyper” modeli təqdim edilib

“Motorola” şirkəti selfi kamerası korpusdan kənara çıxan ilk smartfon modelini təqdim edib.

05/12/19
“AzDoc” elektron sənəd dövriyyəsi sistemi “A-dan Z-yə elektron kargüzarlıq” xidmətlərini təqdim edir

"AzDoc" elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd

05/12/19
“Qualcomm” iki barmaq üçün ultrasəs 3D barmaq izi skaneri hazırlayıb

Bir il bundan əvvəl “Qualcomm” şirkəti tərəfindən təqdim edilmiş dünyada ilk ultrasəs “3D Sonic Sensor

05/12/19
“AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında müqavilə imzalanıb

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət

05/12/19
Brin və Peyc “Alphabet”in rəhbər postunu tərk ediblər

ABŞ-ın “Google” şirkətinin təsisçiləri Serqey Brin və Larri Peyc “Alphabet” holdinqi üzərində nəzarəti

05/12/19
Sinir hüceyrələrini tamamilə əvəz edə biləcək miniatür çip hazırlanıb

Böyük Britaniyanın Bat Universitetinin alimləri tərəfindən hazırlanmış yeni miniatür çipin özəlliyi insan

05/12/19
“Hyundai Motor” şirkəti elektromobillərin inkişafına 17 milyard dollar investisiya yatıracaq

Koreya Respublikasının satış həcminə görə ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” şirkəti 2025-ci

05/12/19
“Xiaomi Mi Max” seriyalı smartfonların buraxılışı dayandırılacaq

“Xiaomi” şirkəti “Mi Max” seriyalı ucuz smartfonların buraxılışını dayandıracaq. Bu barədə sosial şəbəkəl

05/12/19
Çində robot polislər dəmir yolu stansiyalarında patrul xidmətinə başlayıb

Çinin dəmir yolu stansiyalarında sifətin skan edilməsi və tanınması texnologiyası vasitəsilə cinayətkarla

05/12/19
“Instagram”da qeydiyyat zamanı doğum tarixinin göstərilməsi tələb olunacaq

“Instagram” sosial şəbəkəsində hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb ediləcək. Bu haqda dek