12px13px15px17px
Tarix:16/05/18

Azərbaycan nümayəndə heyəti "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və qurumlarının təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir. Nümayəndə heyətinin tərkibinə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 30-a yaxın təmsilçi daxildir.
 
"TİBO-2018" sərgisində Azərbaycan da daxil olmaqla dünyanın 15 ölkəsindən 100-dən çox şirkət iştirak edir.
 
Qeyd edək ki,  Azərbaycan "TİBO-2018" sərgi-forumunda milli pavilyonla təmsil olunur.
 
Mayın 18-dək davam edəcək sərgiyə təşkil olunan VİP tur çərçivəsində Belarusun baş naziri Andrey Kobyakov və digər rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.
 
Məlumat üçün bildirək ki, sərgi-forum Belarus Respublikasında hər il keçirilir, informasiya texnologiyaları sahəsində yeni nailiyyətlər və qabaqcıl təcrübə mübadilə üçün qlobal platforma hesab olunur. 
 
 
"TİBO-2018" sərgisinin ekspozisiyasına milli informasiya infrastrukturu, informasiya-kommunikasiya xidmətləri, telekommunikasiya operatorları üçün kompleks həllər, telekommunikasiya şəbəkələrinin layihələndirilməsi və qurulması üzrə xidmətlər, rəqəmli teleradio, internet-yayımı, mobil proqramlar, sosial-mədəni sahədə informasiya texnologiyaları, geoinformasiya və naviqasiya texnologiyaları, robot texnikası kimi sahələr daxildir.
 
 Sərgi-forumunun Təşkilat Komitəsi tərəfindən gənclər arasında sahibkarlığın inkişafı, startaplara dəstək, gənclər arasında İT texnologiyalarının populyarlaşması kimi məsələlərə xüsusi diqqət ayrılıb.
 
"TİBO-2018" çərçivəsində rəqəmli bazarların transformasiyası məsələlərinin müzakirəsi məqsədi ilə Avrasiya qitəsi ölkələrinin ilk rəqəmli forumu keçirilir. Bu tədbir "Bir kəmər, bir yol" təşəbbüsü ilə həyata keçirilən layihələrə bazar və rəqabət üstünlükləri qazandıra bilər.













Baxış sayı: 1368

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 İyul 2018

20/07/18
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşdi

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya 

20/07/18
“Android” əməliyyat sisteminin “ölüm tarixi” açıqlanıb

Hazırda dünyada satılan smartfonların 75%-i “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir

20/07/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşlarla görüşüb

Görüşdə Qaxla yanaşı, Şəki, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarının sakinləri də iştirak edib. 

20/07/18
Sualtı daşımalar üçün məsafədən idarə edilən ilk robot təqdim edilib

Çin Dəmir Yolu Korporasiyası (China Railway Rolling Stock Corporation, CRRC) sualtı daşımaların həyata keçirilməsi üçün

20/07/18
“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edəcək

Populyar “WhatsApp” messenceri Hindistanda saxta xəbərlərin yayılması ilə əlaqədar mesajların yöndərilməsinə məhdudiyyət tətbiq etməy

20/07/18
Dünyanın ən nüfuzlu gəncləri məlum olub

“Fortune” jurnalı yaşı 40-dan aşağı olan dünyanın 40 ən nüfuzlu gəncindən  ibarət illik reytinqini dərc edib

20/07/18
“WhatsApp”, “Facebook” və “Telegram” ən təhlükəli əlavələr siyahısına daxil olub

“Appthority” şirkəti tez-tez “qara siyahı”ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib

20/07/18
“Instagram” istifadəçiləri arzuolunmaz abunəçiləri gizlicə silə biləcəklər

“Instagram” sosial şəbəkəsi abunəçilərin gizlicə silinməsi funksiyasını sınaqdan keçirir. Bu funksiya indi yalnız bağlı hesa

20/07/18
Virtual reallıq qurğuları üçün standart təsdiq edilib

“Microsoft”, “Nvidia”, “Oculus”, “AMD” və “Valve” şirkətləri virtual reallıq qurğuları

19 07 2018

19/07/18
“Xiaomi” 7 düymlük displeylə təchiz edilmiş smartfonunu təqdim edib

Çinin smartfon istehsalçısı “Xiaomi” şirkəti nazik çərçivəli böyük ölçülü ekra

19/07/18
Portativ bioçip insan bədənində mikroorqanizm növlərini müəyyənləşdirir

ABŞ-ın “InSilixa” biotexnoloji şirkətinin yaratdığı kompakt bioloji çip əsas genetik markerləri tez oxuyaraq yoluxucu xəstəliklərin

19/07/18
“Nokia” yeni smartfonunu təqdim edib

“Nokia” brendi altında smartfonlar təqdim edən “HMD Global” şirkəti alüminiumdan hazırlanmış korpusa malik

19/07/18
ABŞ hərbçiləri texnikanı fikrin gücü ilə idarə edəcəklər

ABŞ Müdafiə Nazirliyinin silahlı qüvvələrdə istifadə üçün yeni texnologiyalar hazırlayan Qabaqcıl Müdafiə Elmi-Tədqiqa

19/07/18
Yeni nəsil zərbəyə davamlı şüşə smartfonların dayanıqlığını xeyli yüksəldəcək

İlk smartfonlarda ekranın kənar hissələrinə qurulmuş qalın çərçivələr yerə düşmə vaxtı qurğunu zərbədən qoruyurdu

19/07/18
Elastik ekranlı “Samsung” smartfonu nə vaxt buraxılacaq?

“Samsung” şirkəti 2019-cu ilin ilk yarısında kitab kimi bükülən elastik ekranlı smartfon buraxmağı planlaşdırır

19/07/18
Təyyarə və qatarın hibridi təqdim edilib

Fransanın “Akka Techonologies” şirkəti təyyarə və qatarın hibridini təşkil edən "Link & Fly" layihəsini təqdim edib

19/07/18
“Google” Atlantik okeanından internet kabeli çəkəcək

“Google” şirkəti 2020-ci ilədək Transatlantik internet kabel xəttini istifadəyə verməyi planlaşdırır