12px13px15px17px
Tarix:17/05/18

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası"nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
 
17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi cənab Houlin Zaonun 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı videotəbriki nümayiş olunub.
 
Tədbir iştirakçılarını salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü olduğunu xatırladaraq 2006-cı ildən etibarən hər il dünyada  bu günə həsr olunmuş müxtəlif tədbirlər keçirildiyini bildirib.  Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun  "Süni intellekt" olduğunu qeyd edən nazir ölkəmizdə ali məktəb tələbələri arasında intellektual potensialın inkişafına töhfə verən gənclərin yetişdiyini diqqətə çatdırıb.
O, 10 ildən çox müddətdə  keçirilən olimpiadanın gənclər arasında proqramlaşma vərdişlərinin inkişafında mühüm rol oynadığını bildirib.
 
"Bu gün gənclərin ölkəmizin innovativ inkişafında rolunun artırılması üçün bir çox işlər görülür.  Startap hərəkatı genişlənir, innovativ ideyalar qrant, kredit və investisiya vasitəsilə dəstəklənir. Bu istiqamətdə həyata keçirilən tədbirləri intensivləşdirmək üçün İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır" - deyə nazir vurğulayıb.
 
Təltifetmə mərasimində Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin, "BestComp Group" şirkətinin, "Nar" operatorunun nümayəndələri, tələbələr və komanda rəhbərləri iştirak edib.            
 
Məlumat verilib ki, "Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası" iki mərhələdə keçirilib.
 
Olimpiadanın 29 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində keçirilmiş birinci mərhələsində respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda, ikinci (final) mərhələsində isə respublika üzrə 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 14 komandası iştirak edib.
 
Olimpiadanın birinci və ikinci (final) mərhələsində müvafiq informasiya sistemi üzərindən təqdim olunan tapşırıqlar (10-12 məsələ) 5 saat müddətində həll edilib.
 
Olimpiadanın final mərhələsi Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazasından istifadə etməklə keçirilib.
 
Olimpiadada I yerə Bakı Mühəndislik Universiteti, II yerə ADA Universiteti, III yerə Bakı Dövlət Universiteti, IV yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası layiq görülüb.
Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı isə Fərqlənmə Sertifikatı ilə təltif olunublar.
 
Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Fəxri Fərman" və "Diplom"ları, eləcə də Olimpiadanın sponsorları "NAR" operatoru və "BestComp Group" şirkəti tərəfindən mükafatlandırılıb. 









Baxış sayı: 216

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Avqust 2018

14/08/18
“Google” şirkəti istifadəçiləri izləməkdə təqsirləndirilir

Google şirkəti istifadəçiləri izləməkdə təqsirli bilinir. Prinston universitetində işləyən alimlərin araşdırmasına istinadən 

14/08/18
Bankların iştirakı olmadan həyata keçirilən mobil ödənişlərin həcmi 2 dəfə yüksələcək

“Juniper Research” analitik şirkətinin araşdırmasına görə, mağazalarda məhsul və xidmətlərin ödənişi üçün mobil

14/08/18
Süni intellekt göz xəstəliklərini diaqnozlaşdıracaq

Böyük Britaniyanın süni intellekt tədqiqatları ilə məşğul olan “Google DeepMind” şirkəti torlu qişanın şəklinə görə 50

14/08/18
Mütəxəssislər faks vasitəsilə kompüteri virusa yoluxdurmağa nail olublar

Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “Check Point” şirkətinin mütəxəssisləri tərəfindən çoxfunksiyalı qurğul

14/08/18
“Android” sisteminin idarəetməsi altında işləyən ən təhlükəli smartfonlar bəlli olub

“LG”, “Asus”, “Essential”, “ZTE”, “Sony” və başqa şirkətlər tərəfindən istehsal edilmiş və

14/08/18
“Parker Solar Probe” zondu Günəş atmosferini öyrənəcək

ABŞ Kosmik Agentliyi (NASA) Günəş atmosferinin tədqiqi üzrə missiya üçün “Parker Solar Probe” kosmik zondunu ik

13 08 2018

13/08/18
Ucuz “Nokia 2.1” smartfonu satışa çıxarılıb

“Nokia” brendi üzərində hüquqlara sahib “HMD Global” şirkəti Rusiyada “Nokia 2.1” smartfonunun satışına

13/08/18
Estoniya Gen Fondunda robot işə başlayıb

Estoniya Gen Fondu robotu işə qəbul edib

13/08/18
“Windows” sistemində şübhə doğuran proqramların yoxlanılması üçün təhlükəsiz mühit əlçatan olacaq

“Windows 10” əməliyyat sistemində daxilində təhlükəli proqramların yoxlanılması mümkün olan təcrid olunmuş 

13/08/18
Massaçusets Texnologiya İnstitutu Yüksək Texnologiyalar Parkı ilə birgə startap layihələri reallaşdıracaq

Massaçusets Texnologiya İnstitutunun (MTİ) “Qlobal Startap Labaratoriya”sının rəhbəri

13/08/18
“WhatsApp” yazışmada “end-to-end” şifrləmə texnologiyasından imtina edəcək

“WhatsApp” messencerində istifadəçilərin yazışmasında “ent-to-end” şifrləmə texnologiyasından imtina ediləcək

13/08/18
Almaniyada kibertəhlükəsizlik agentliyi yaradılacaq

Almaniya hökuməti İnnovasiyalar və Kibertəhlükəsizlik üzrə Agentlik adlanacaq yeni milli struktur yaradır

13/08/18
Bu ilin ən keyfiyyətsiz smartfonları açıqlanıb

Ekspertlər istifadəçiləri əldə etdikdən sonra məyus edə biləcək 2018-ci ilin 5 ən keyfiyyətsiz smartfonunu açıqlayıblar