12px13px15px17px
Tarix:23/05/18

Kriptovalyutalar sahəsindəki rezidentlərə güzəştlər ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkında "Blockchain" texnologiyasına dair infosessiya keçirilib.
 
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti, həmçinin "Blockchain" texnologiyasının əhəmiyyəti və onun Azərbaycanda müxtəlif sahələrdə tətbiqi barədə iştirakçılara məlumat verib.
 
T.Kərimli bildirib ki, Yüksək Texnologiyalar Parkı "Blockchain" texnologiyasının tətbiqi istiqamətində layihələrin reallaşdırılmasına köməklik göstərəcək.
 
O qeyd edib ki, Yüksək Texnologiyalar Parkının Pirallahıda olan mövcud infrastrukturundan istifadə edərək "Blockchain", kriptovalyutalar və kripto-mədənçilik sahəsində fəaliyyət göstərən rezidentlərə bir sıra güzəştlərin edilməsi də nəzərdə tutulur.
 
Daha sonra Azərbaycan "Blockchain" Cəmiyyətinin həmtəsisçisi, "Waves" şirkətinin regional meneceri Orxan Əhmədov "Blockchain" texnologiyası barədə ətraflı təqdimatla çıxış edib.
 
O bildirib ki, "Blockchain" mərkəzləşdirilməmiş məlumatlar bazasıdır. Onun sözlərinə görə, ənənəvi məlumatlar bazası əsasən bir serverdə yerləşdirilir və paralel olaraq "backup"ı (surəti) başqa bir neçə serverdə saxlanıla bilir. "Blockchain" sistemində isə yeni bir əməliyyat həyata keçirildikdə əvvəlki məlumatlar silinmir və mövcud blok zəncirinə əlavə olunur. Çünki məlumatlar kopyalanaraq bütün kompüterlərin yaddaşında saxlanıldığına görə onları silmək də mümkünsüzdür.
 
"Burada toplanan məlumatlar istifadəçilər üçün əlçatandır. Ancaq məlumatlara kənar şəxslərin müdaxilə etmək imkanı yoxdur. Bu da texnologiyanın təhlükəsizliyinə zəmanət verir. Yeni texnologiyanın təqdim etdiyi üstünlüklərdən biri də əməliyyatlar həyata keçirilərkən vasitəçilərə ehtiyac duyulmamasıdır. Belə ki, aralarında əməliyyat aparmaq istəyən iki tərəf 3-cü şəxsin və ya təşkilatın müdaxiləsi olmadan istədiyi əməliyyatları həyata keçirə bilər".
 
Qeyd edək ki, Yüksək Texnologiyalar Parkında hər ay mütəmadi olaraq "Blockchain" texnologiyasına dair infosessiyaların keçirilməsi nəzərdə tutulur.












Baxış sayı: 356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2018

22/09/18
Bu şirkətin istehsalı olan modemlər “Windows” istifadəçilərinin təhlükəsizliyini zərbə altına qoyur

“Alcatel” şirkətinin istehsalı olan “EE 4GEE” adlı simsiz modemlərdə aşkar edilmiş təhlükəli boşluq hakerə 

22/09/18
“Instagram”da dərclərin göstəriləcəyi ölkələri seçmək mümkün olacaq

“Facebook” sosial şəbəkəsinə məxsus olan “Instagram” xidməti istifadəçilərə öz dərclərinin müəyyən ölkə&

22/09/18
2018-ci ildə dünyada süni intellekt sürətləndiricisinə malik smartfonların payı 30%-i ötəcək

“Digitimes Research” tədqiqat şirkətinin proqnozuna görə, 2018-ci ilin dördüncü rübündə dünyada sü

21 09 2018

21/09/18
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu

Bu gün Sumqayıt şəhərində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu keçirilib.

21/09/18
Maliyyə şirkətləri kiberhücumlarla mübarizəni gücləndirib

Banklar və sığorta şirkətləri 2018-ci ildə kiberhücumların 81 faizinin qarşısını almağa nail olublar

21/09/18
Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar 

21/09/18
“Android” sistemində aşkar edilmiş boşluqlara görə 3 milyon dollardan çox ödəniş edilib

“Google” şirkəti 2015-ci ildə “Android Security Rewards Program” proqramını istifadəyə verib. Axtarış 

21/09/18
Yeni texnologiya qonşu otaqdakı insanları təyin etməyə kömək edəcək

Kaliforniya Universitetinin professoru Yasamin Mostofinin rəhbərliyi altında çalışan mühəndislər komandası 

21/09/18
“Amazon” şirkəti səsli köməkçi sisteminə malik cihazlar təqdim edib

“Amazon” şirkəti “Alexa” səsli köməkçisi və "ağıllı ev" idarəetməsi ilə təchiz edilmiş bir neçə

21/09/18
“Xiaomi” şirkəti ucuz noutbuk təqdim edəcək

“Xiaomi” şirkəti “Xiaomi Notebook Youth Edition” adlı ən ucuz noutbukunu elan edib. Noutbukun qiyməti 

21/09/18
Süni intellektli “Xiaomi” zəngli saatı təqdim olunub

Çinin “Xiaomi” şirkəti süni intellektli köməkçi funksiyaya malik “Xiao AI Smart Alarm Clock