12px13px15px17px
Tarix:25/05/18

KİV nümayəndələri Data Mərkəzlə tanış oldu

Mayın 25-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və "AzInTelecom" MMC-nin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün "Bulud texnologiyalarına giriş və onların biznesdə tətbiqi" mövzusuna həsr olunmuş təlim keçirilib.
 
Birgünlük təlimdə 20-dən çox media nümayəndəsi iştirak edib.
 
Təlimin məqsədi "bulud" texnologiyalarının biznesdə tətbiqinin yarada biləcəyi imkanlar və üstünlüklər barədə məlumat vermək olub.
 
Tədbirdə çevik və sərfəli "bulud" həllərinin tətbiqi nəticəsində istismar xərclərinin 30-40% azaldılması, kapital xərclərinin isə sıfıra endirilməsi vurğulanıb. Qeyd edilib ki, məhz səmərəliliyin artması sayəsində getdikcə daha çox şirkət öz biznesini qurarkən "bulud" xidmətlərindən yararlanır.
 
Təlim zamanı KİV nümayəndələri üçün Data Mərkəzinə tur təşkil olunub.
 
Data Mərkəzinin texniki imkanları, təqdim olunan xidmətlər, iş fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib.
 
Qeyd edilib ki, məlumatların saxlanmasında əsas amil informasiya təhlükəsizliyinin təmin olunmasıdır ki, "AzInTelecom" MMC-nin Data Mərkəzinin informasiya təhlükəsizliyinin idarə olunması üzrə ISO 27001 sertifikatına malikdir. Bu da məlumatların etibarlı və təhlükəsiz mühitdə qorunmasına zəmanət verir.
Həmçinin bildirilib ki, Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III sertifikatına malik ilk Data Mərkəzidir. Məlumat verilib ki, TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 99,982% etibarlılıq səviyyəsi təmin olunan Data Mərkəz sahəsi 700 m2-dən çox olan server dayaqlarına malikdir və verilənlərin yüksək sürətlə ötürülməsini həyata keçirir.

Xatırladaq ki, Data Mərkəzi 2016-cı ilin dekabrında istismara verilib.
 
























Baxış sayı: 465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2018

23 10 2018

23/10/18
Yüksək Texnologiyalar Parkı “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlığa başladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə “Azercell Telekom” 

23/10/18
“WhatsApp” istifadəçiləri sifət və barmaq izinə görə tanıyacaq

Populyar “WhatsApp” messencerinin komandası tezliklə sifət və barmaq izlərinə görə istifadəçilərin autentifikasiya 

23/10/18
İlk “HTC” blokçeyn smartfonu rəsmən nümayiş olunub

“HTC” şirkəti “Exodus 1” adlı ilk blokçeyn smartfonunu təqdim edib.

23/10/18
“Windows”un oktyabr yeniləməsində yeni boşluq aşkar edilib

“Windows” sisteminin oktyabr yeniləməsində faylların silinməsinə səbəb olan yeni boşluq aşkar edilib. 

23/10/18
Çap maşını klaviaturalı “Samsung” noutbuku təqdim edilib

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yeni “Samsung Notebook Flash” portativ kompüter 

23/10/18
Çində dünyanın ən güclü kollayderi tikiləcək

Çin elmi ictimaiyyəti 2030-cu ilədək dünyanın ən güclü kollayderini inşa etmək niyyətindədir

23/10/18
“AzInTelecom” “Hackathon” keçirir

Azərbaycanda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” 

23/10/18
İnsanın yatış pozasına uyğunlaşan “ağıllı” balış təqdim olunub

“Podoon” adlı “ağıllı” balış insanın rahat yatması üçün onun yatış pozasına avtomatik uyğunlaşa bilir.

23/10/18
Kvant internetin yaradılması üzrə plan açıqlanıb

Kvant interneti reallığa çevrilən ilk kvant informasiya texnologiyası ola bilər. Belə ki, Niderlandın 

23/10/18
Amerikalı yeniyetmələrin 82%-i “iPhone”u seçib

“Piper Jaffray” analitiklərinin araşdırmasına görə, amerikalı yeniyetmələrin böyük əksəriyyəti “iPhone