Tarix:26/05/18
Belə ki, "Baktelecom" LTE texnologiyasının tətbiqi üzrə işlərin birinci mərhələsini artıq yekunlaşdırır.
İlkin mərhələdə Savalan yaşayış massivi bütünlüklə, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar ərazilərinin bir qismində şəbəkə istismara verilib.
Yay mövsümünün əvvəlinədək Biləcəri, Zirə, Türkan, Maştağa, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi Aslanov və Əhmədli ərazilərinin bir hissəsi də simsiz rabitə şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.
"Baktelecom"un təqdim etdiyi yeni simsiz rabitə standartı əhalinin istifadə etdiyi alternativ texnologiyalardan üstünlüyü ilə seçilir. Genişzolaqlı simsiz şəbəkə müvafiq ərazilərdə quraşdırılan baza stansiyalarından ötürücü qurğular vasitəsilə abunəçilərin əldə etdiyi qəbuledicilərə ötürülür. Nəticədə IP texnologiyaları əsasında çalışan LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsinə imkan yaradır.
"LTE" şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərini dəstəkləyən cihazları telekommunikasiya xidmət mərkəzlərindən əldə etmək mümkündür. Abunəçi 25 manatlıq internet paketi üçün 1 il öncədən ödəniş etdiyi halda avadanlığı pulsuz əldə edə bilər.
Bakının məhdud infrastrukturlu əraziləri telekommunikasiya xidmətləri ilə təchiz olunur
"Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") Bakı şəhərinin məhdud infrastrukturlu ərazilərin telekommunikasiya xidmətləri ilə təmin edilməsinə imkan yaradan simsiz rabitə (LTE, Long Term Evolution) texnologiyasının əhatə dairəsini genişləndirib.Belə ki, "Baktelecom" LTE texnologiyasının tətbiqi üzrə işlərin birinci mərhələsini artıq yekunlaşdırır.
İlkin mərhələdə Savalan yaşayış massivi bütünlüklə, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar ərazilərinin bir qismində şəbəkə istismara verilib.
Yay mövsümünün əvvəlinədək Biləcəri, Zirə, Türkan, Maştağa, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi Aslanov və Əhmədli ərazilərinin bir hissəsi də simsiz rabitə şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.
"Baktelecom"un təqdim etdiyi yeni simsiz rabitə standartı əhalinin istifadə etdiyi alternativ texnologiyalardan üstünlüyü ilə seçilir. Genişzolaqlı simsiz şəbəkə müvafiq ərazilərdə quraşdırılan baza stansiyalarından ötürücü qurğular vasitəsilə abunəçilərin əldə etdiyi qəbuledicilərə ötürülür. Nəticədə IP texnologiyaları əsasında çalışan LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsinə imkan yaradır.
"LTE" şəbəkəsinin əhatə dairəsinə daxil olan zonalarda telefon, internet və digər multimedia xidmətlərini dəstəkləyən cihazları telekommunikasiya xidmət mərkəzlərindən əldə etmək mümkündür. Abunəçi 25 manatlıq internet paketi üçün 1 il öncədən ödəniş etdiyi halda avadanlığı pulsuz əldə edə bilər.
Baxış sayı: 928
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib