Tarix:29/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Gartner”in tədqiqatlar üzrə direktoru Anşul Qupta smartfon bazarında əsas tendensiyalar arasında premium-səviyyəli qurğulara zəif tələbatın olmasını (yenilənmiş modellərdə cüzi dəyişikliklərə görə), aşağı və orta büdcəli (100-150 ABŞ dollarından aşağı) aparatların satış həcminin artmasını qeyd edib.
Smartfon bazarının lideri olan “Samsung” şirkətinin tədarük həcmi 78,8-dən 78,6 milyonadək azalıb. Bu, Çin şirkətləri tərəfindən rəqabətin güclənməsi ilə izah olunur. Analitiklər xəbərdarlıq ediblər ki, bu tendensiya 2018-ci ildə saxlanacaq, çünki Çin istehsalçıları ölkə xaricində satışlara davam edirlər.
İllik hesablama üzrə satış həcmini 124% artırmış “Xiaomi” şirkəti ilk beşlikdə yer almış brendlər arasında ən yaxşı nəticə göstərib. Yeni modellər və sərfəli qiymət strategiyası “Xiaomi” şirkətinə 7,4%-lik bazar payı ilə 4-cü pilləyə yüksəlməyə imkan verib. 1 il əvvəl bu göstərici 3,4% səviyyəsində idi.
Emil Hüseynov
Smartfon bazarında yüksəliş qeydə alınıb
2018-ci ilin birinci rübündə smartfonların qlobal satış həcmi yüksəlib. “Gartner”in analitiklərinin məlumatına görə, qurğuların son istifadəçilərə satışı 1,3% yüksələrək təxminən 384 milyona yaxınlaşıb. Ekspertlər mobil telefon bazarında saxlanılan durğunluğu nəzərə çatdırıblar.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Gartner”in tədqiqatlar üzrə direktoru Anşul Qupta smartfon bazarında əsas tendensiyalar arasında premium-səviyyəli qurğulara zəif tələbatın olmasını (yenilənmiş modellərdə cüzi dəyişikliklərə görə), aşağı və orta büdcəli (100-150 ABŞ dollarından aşağı) aparatların satış həcminin artmasını qeyd edib.
Smartfon bazarının lideri olan “Samsung” şirkətinin tədarük həcmi 78,8-dən 78,6 milyonadək azalıb. Bu, Çin şirkətləri tərəfindən rəqabətin güclənməsi ilə izah olunur. Analitiklər xəbərdarlıq ediblər ki, bu tendensiya 2018-ci ildə saxlanacaq, çünki Çin istehsalçıları ölkə xaricində satışlara davam edirlər.
İllik hesablama üzrə satış həcmini 124% artırmış “Xiaomi” şirkəti ilk beşlikdə yer almış brendlər arasında ən yaxşı nəticə göstərib. Yeni modellər və sərfəli qiymət strategiyası “Xiaomi” şirkətinə 7,4%-lik bazar payı ilə 4-cü pilləyə yüksəlməyə imkan verib. 1 il əvvəl bu göstərici 3,4% səviyyəsində idi.
Emil Hüseynov
Baxış sayı: 528
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır