12px13px15px17px
Tarix:27/06/18

Silikon Vadisinin eksperti startapçılar və tələbələrlə görüşdü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) və “Social Innovation Lab” İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 27-də Azərbaycan Texniki Universitetində (AzTU) “İdeyadan biznesə” layihəsi çərçivəsində seminar keçirilib. Kaliforniya Silikon Vadisinin və Berkli Universitetinin təmsilçisi Rik Rasmussen tərəfindən keçirilən seminar “Lokal qalaraq qlobal əhəmiyyəti necə əldə etməli?” mövzusuna həsr olunub.
 
Seminarda qonaqları salamlayan AzTU-nun prorektoru, professor Sübhan Namazov Azərbaycanda startap layihələrin və təsisatların formalaşdırılması ilə bağlı son illər görülən işlərə nəzər salaraq qısa zaman ərzində yüksək nəticələr əldə olunduğunu qeyd edib. O, NRYTN-in Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə diqqət çəkərək bildirib ki, Texnoparkın ali təhsil müəssisələri ilə əməkdaşlığı startap mühitinin formalaşdırılması üçün vacib amildir.
 
Prorektor 1 aydan az vaxtdır ki, həyata keçirilən əməkdaşlıq nəticəsində artıq ikinci uğura imza atıldığını vurğulayıb: “Bir neçə gün öncə bizim alimlərin ixtiraları Yüksək Texnologiyalar Parkının təşəbbüsü ilə önəmli sərgilərdən biri olan nəqliyyat və logistika sərgisində nümayiş olundu. Mühüm şəxslər, eləcə də ictimaiyyət bir daha bu ixtiralarla, onların əhəmiyyəti ilə bağlı məlumatlandırıldı. Bu görüş isə əməkdaşlığa başladığımız 1 ay ərzində bizim ikinci işimizdir. Düşünürəm ki, əməkdaşlığımızdan da istifadə edərək birgə uğurlarımızın sayı artacaq”.
 
NRYTN-in İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxışında seminarın əhəmiyyətini vurğulayıb. O bildirib ki, Rik Rasmussen ABŞ-ın Silikon Vadisində, eləcə də Kanadada ən məşhur startap ekspertidir: “Rik Rasmussenin ölkəmizdə olması və tələbələrlə təcrübələrini bölüşməsi çox sevindiricidir. Düşünürəm ki, tələbələr bu görüşdən faydalı məlumatlar, startaplarla bağlı yeni metodlar əldə edəcəklər. Çox sevindirici haldır ki, bizim bugünkü görüşümüzdə AzTU tələbələri ilə yanaşı, “İdeyadan biznesə” startap turunun qalibi olan komandaların üzvləri də iştirak edir”.
 
Daha sonra Rik Rasmussenin “Lokal qalaraq qlobal əhəmiyyəti necə əldə etməli?” mövzusunda mühazirəsi dinlənilib. Tədbir çərçivəsində erkən inkişaf mərhələsində olan yerli startapların sürətli böyümə strategiyası, bazar potensialı və digər aktual məsələlər qarşılıqlı olaraq müzakirə olunub.
 
Qeyd edək ki, NRYTN-in dəstəyi və Rik Rasmussenin və yerli inkubatorların iştirakı ilə bir sıra universitetlərdə də seminarlar davam edəcək. Tərəflər Azərbaycan və ABŞ-ın üzləşdiyi startap ekosistemi problemlərinin həlli yollarını araşdıracaq.
 
Məlumat üçün bildirək ki, Rik Rasmussen dünyanın ən böyük biznes ideya yarışması olan “Climate Launchpad”ın beynəlxalq hakimlərindən biri rolunda çıxış edir.













Baxış sayı: 365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 İyul 2018

18/07/18
Qrafendən gödəkcə istehsal edilib

Böyük Britaniyanın “Vollebak” brendi qrafendən hazırlanan gödəkcə təqdim edib

18/07/18
Bu ölkədə mobil internet əlçatan oldu

İnternetə qoşulmanın dövlət tərəfindən ciddi tənzimləndiyi Kubada sakinlərə smartfon vasitəsilə

18/07/18
İnsan həyatına son qoyan alqoritmlərin hazırlanması qadağan ediləcək

İnsan həyatına son qoyan alqoritmlərin hazırlanması qadağan ediləcək

18/07/18
“Microsoft” şirkəti “Windows”un aylıq yenilənmələrindən imtina edəcək

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün aktual yeniləmələrin çatdırılması mexani

18/07/18
Dəniz səviyyəsinin qalxması internetdə problemlər yarada bilər

Yaxın 15 ildə ABŞ-da dəniz səviyyəsinin qalxmasına görə vacib internet infrastrukturları su altında qala və zədələnə bilər

18/07/18
Nazir Qaxda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 20.07.2018-ci il tarixdə saat 12:00-da Qax şəhərində

18/07/18
Gələcəyin smartfonları üçün 8 QB-lıq yaddaş çipi təqdim edilib

Gələcəyin smartfonları üçün 8 QB-lıq yaddaş çipi təqdim edilib

18/07/18
Robotlar yeni iş yerləri yaradacaq

“PwC” tədqiqat şirkəti süni intellektin cəmiyyətə təsiri ilə bağlı proqnoz verib

17 07 2018

17/07/18
“Emporio Armani Connected” “ağıllı” saatı nümayiş olunub

İtaliyanın “Emporio Armani” brendi “ağıllı” “Connected” saatının yeni nəslini təqdim edib.

17/07/18
“3D” skan etmə texnologiyasına malik smartfonların tədarükü 100 milyonu ötəcək

2018-ci ildə dünya bazarına “3D” skanetmə funksiyasına malik 100 milyondan çox smartfon tədarük olunacaq

17/07/18
Vertikal uçuşlu təyyarə konsepti təqdim edilib

Vertikal uçuşlu təyyarə konsepti təqdim edilib

17/07/18
Növbəti nəsil sürətli enerjidoldurma texnologiyası hazırlanır

Hazırda smartfon istehsalçılarının əksəriyyəti sürətli enerjidoldurma texnologiyası hazırlamaqla məşğuldurlar

17/07/18
Robot bağban otaq bitkilərinə qulluq etməkdə kömək edir

“Vincross” şirkəti tərəfindən yaradılmış robot bağban otaq bitkilərinə qulluq edir

17/07/18
Təlimli robotlar hərbçilərə kömək edəcək

ABŞ Ordusu və Karnegi-Mellon Universitetinin mütəxəssisləri beynəlxalq konfrans çərçivəsində robotların təlimi üçü

17/07/18
“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq

"Skype” videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq

17/07/18
Britaniyada ilk kosmodrom Şotlandiyada tikiləcək

Böyük Britaniya ərazisində ilk kosmodrom 2020-ci ildə inşa olunacaq