12px13px15px17px
Tarix:29/06/18

“Hamı üçün İKT” sosial layihəsi uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Hamı üçün İKT" sosial layihəsi uğurla davam edir.
 
Layihədə bu dəfə iştirakçılara "Microsoft Office Word" proqramı ödənişsiz olaraq peşəkar səviyyədə tədris olunub.
 
Layihə əhalinin aztəminatlı təbəqəsi - qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.
 
Təlim Bakı şəhərində Elektron Hökumət Təlim-Tədris Mərkəzində və həmçinin onlayn formada Gəncə, Lənkəran, İmişli, Şirvan, Şamaxı rayonlarının Elektron Hökumət Təlim- Tədris mərkəzlərində keçirilib.
 
Təlimdə mənimsənilən biliklərin səviyyəsinə görə dinləyicilərə Bilik Fondu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları veriləcək.










Baxış sayı: 512

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024