Tarix:26/10/11
Bu barədə çərşənbə jurnalistlərə Agentliyin rəhbəri Kamran İmanov deyib. İmanovun sözlərinə görə, bu şöbə kontentin monitorinqi, onun idarə edilməsi və lisenziyalaşdırılması ilə məşğul olacaq.
"Dünyada yaranmış vəziyyət onu göstərir ki, musiqi faylları üzrə piratçılıq 95 faiz təşkil edir. Hətta Avropada proqram təminatı üzrə piratçılıq 35 faizdir.
İctimaiyyətdə belə bir fikir formalaşıb ki, kontentin elektron formaya keçirilməsi müəllif hüquqlarının mövcudluğunu tamamilə sual altına qoyur", - İmanov deyib.
Agentlik rəhbərinin sözlərinə görə, bununla bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının göstərişinə əsasən, dünyanın bir çox ölkələri bu sahədə yaranmış mövcud vəziyyətdən çıxış yollarını axtarmaq üçün araşdırmalar aparır.
"İnternet-mühitdə müəllif hüquqlarının qorunması ilə məşğul olan strukturun layihəsinin Azərbaycanda yaradılması dünyanın bir çox ölkəsində dəstək qazanıb və digər ölkələr üçün nümunə seçilib", - İmanov bildirib.
Azərbaycanda internetdə müəllif hüquqlarının qorunması üzrə struktur yaradılacaq
Azərbaycanın Müəllif Hüquqları Agentliyinin bazasında internet-mühitdə müəllif hüquqlarının qorunması ilə məşğul olan xüsusi şöbə yaradılacaq.Bu barədə çərşənbə jurnalistlərə Agentliyin rəhbəri Kamran İmanov deyib. İmanovun sözlərinə görə, bu şöbə kontentin monitorinqi, onun idarə edilməsi və lisenziyalaşdırılması ilə məşğul olacaq.
"Dünyada yaranmış vəziyyət onu göstərir ki, musiqi faylları üzrə piratçılıq 95 faiz təşkil edir. Hətta Avropada proqram təminatı üzrə piratçılıq 35 faizdir.
İctimaiyyətdə belə bir fikir formalaşıb ki, kontentin elektron formaya keçirilməsi müəllif hüquqlarının mövcudluğunu tamamilə sual altına qoyur", - İmanov deyib.
Agentlik rəhbərinin sözlərinə görə, bununla bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının göstərişinə əsasən, dünyanın bir çox ölkələri bu sahədə yaranmış mövcud vəziyyətdən çıxış yollarını axtarmaq üçün araşdırmalar aparır.
"İnternet-mühitdə müəllif hüquqlarının qorunması ilə məşğul olan strukturun layihəsinin Azərbaycanda yaradılması dünyanın bir çox ölkəsində dəstək qazanıb və digər ölkələr üçün nümunə seçilib", - İmanov bildirib.
Baxış sayı: 1439
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib