Tarix:18/07/18
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, hesabat müəllifi professor Pol Berford bildirib ki, qlobal internet üçün bilavasitə risk ondan ibarətdir ki, transokean optik-lif kabelləri iqlim dəyişikliyi ilə əlaqədar olaraq dəniz suyunun basmasına görə yaxın illərdə suyun altında qalacaq enmə meydançalarına malikdirlər.
İnternetin fiziki infrastrukturunun qlobal xəritəsini tədqiq edərək onu ABŞ Milli okean və atmosfer tədqiqatları idarəsi tərəfindən təqdim edilən dəniz səviyyəsinin qalxması üzrə qiymətləndirmə ilə müqayisə edən alimlər daha çox təhlükə törədən avadanlığın yerləşdiyi yeri müəyyənləşdiriblər. Tədqiqatçıların məlumatına görə, o, Nyu-York, Mayami və Sietl şəhərlərində yerləşir.
Professor qeyd edib ki, dəniz səviyyəsinin qalxması enmə meydançaları yüksəkliyə qaldırılmasa, qlobal nasazlıqlara səbəb olacaq. Lakin belə meydançaların sayı azdır və buna görə problemin aradan qaldırılması üçün çoxlu güc və vəsait tələb olunacaq.
Alimlər tərəfindən ən çox narahatlıq doğuran nəticə kimi qısa vaxt ərzində əsas rabitə xətlərinin zədələnəcəyi göstərilir. Təkcə ABŞ-da yaxın 15 ildə 1,9 min km magistral və 3,9 min km yeraltı optik-lif kabeli suyun altında qalacaq. Kabellər suyadavamlı olsa da, tam sukeçirməz deyillər. Duzlu suyun təsiri internetdə, xüsusilə ABŞ-ın infrastruktur mərkəzlərində nasazlıqlara səbəb ola bilər.
Tədqiqatçılar möhkəm ehtiyat boru kəmərləri quraşdıraraq, eləcə də mövcud kabelləri və enmə meydançalarını qoruyucu qatlarla mühafizə edərək nasazlıqların təhlükəsini azaltmağı təklif edirlər. "Məsələ ondadır ki, mövcud internet infrastrukturunun quraşdırılması zamanı iqlim dəyişikliklərinin nəticələri nəzərə alınmayıb. Gələcəkdə bütün infrastrukturda bu nəticələr nəzərə alınmalıdır", - P.Berford vurğulayıb.
Nizam Nuriyev
Dəniz səviyyəsinin qalxması internetdə problemlər yarada bilər
Yaxın 15 ildə ABŞ-da dəniz səviyyəsinin qalxmasına görə vacib internet infrastrukturları su altında qala və zədələnə bilər. Bu barədə ABŞ-ın Viskonsi Universitetinin alimlərinin yeni tədqiqatında deyilir."ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, hesabat müəllifi professor Pol Berford bildirib ki, qlobal internet üçün bilavasitə risk ondan ibarətdir ki, transokean optik-lif kabelləri iqlim dəyişikliyi ilə əlaqədar olaraq dəniz suyunun basmasına görə yaxın illərdə suyun altında qalacaq enmə meydançalarına malikdirlər.
İnternetin fiziki infrastrukturunun qlobal xəritəsini tədqiq edərək onu ABŞ Milli okean və atmosfer tədqiqatları idarəsi tərəfindən təqdim edilən dəniz səviyyəsinin qalxması üzrə qiymətləndirmə ilə müqayisə edən alimlər daha çox təhlükə törədən avadanlığın yerləşdiyi yeri müəyyənləşdiriblər. Tədqiqatçıların məlumatına görə, o, Nyu-York, Mayami və Sietl şəhərlərində yerləşir.
Professor qeyd edib ki, dəniz səviyyəsinin qalxması enmə meydançaları yüksəkliyə qaldırılmasa, qlobal nasazlıqlara səbəb olacaq. Lakin belə meydançaların sayı azdır və buna görə problemin aradan qaldırılması üçün çoxlu güc və vəsait tələb olunacaq.
Alimlər tərəfindən ən çox narahatlıq doğuran nəticə kimi qısa vaxt ərzində əsas rabitə xətlərinin zədələnəcəyi göstərilir. Təkcə ABŞ-da yaxın 15 ildə 1,9 min km magistral və 3,9 min km yeraltı optik-lif kabeli suyun altında qalacaq. Kabellər suyadavamlı olsa da, tam sukeçirməz deyillər. Duzlu suyun təsiri internetdə, xüsusilə ABŞ-ın infrastruktur mərkəzlərində nasazlıqlara səbəb ola bilər.
Tədqiqatçılar möhkəm ehtiyat boru kəmərləri quraşdıraraq, eləcə də mövcud kabelləri və enmə meydançalarını qoruyucu qatlarla mühafizə edərək nasazlıqların təhlükəsini azaltmağı təklif edirlər. "Məsələ ondadır ki, mövcud internet infrastrukturunun quraşdırılması zamanı iqlim dəyişikliklərinin nəticələri nəzərə alınmayıb. Gələcəkdə bütün infrastrukturda bu nəticələr nəzərə alınmalıdır", - P.Berford vurğulayıb.
Nizam Nuriyev
Baxış sayı: 1119
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib