12px13px15px17px
Tarix:23/07/18

“Instagram” sosial şəbəkəsində yeni funksiya istifadəyə verilib

İndi "Instagram" istifadəçiləri onlaynda olan dostlarını görə biləcəklər. Bu haqda mobil proqramın rəsmi bloqunda məlumat verilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, mobil proqramın yeni versiyasında internetdə olan istifadəçilər "Facebook" messencerində olduğu kimi yaşıl nöqtə ilə işarələnib. Yalnız dostlar siyahısında olan, yaxud yazışma aparılmış istifadəçinin statusunu görmək mümkündür.
 
İstəkdən asılı olaraq aktiv statusu gizlətmək mümkündür.
 
Bundan əvvəl "Instagram"da yalnız "Direct" bölməsində onlaynda olan dostları görmək mümkün idi.
 
"Instagram" foto və videolar çəkməyə, onlara filtrlər tətbiq etməyə və paylaşmağa imkan verən sosial şəbəkə elementlərinə malik proqramdır. Messencerin auditoriyası 800 milyondan çox istifadəçidən ibarətdir.
 
Emil Hüseynov




Baxış sayı: 1172

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024