12px13px15px17px
Tarix:26/10/11

“Google”: Hakimiyyət veb-istifadəçilər haqqında sürəkli olaraq informasiya tələb edir

Hakimiyyət və federal məhkəmələr tərəfindən “Google” şirkətinə edilən müraciətlərin sayı sabit şəkildə artır. Bu, dünyada veb-auditoriyanın artımı ilə bağlıdır.

Yanvar – iyun ayları ərzində veb-korporasiya şəbəkə istifadəçiləri haqqında məlumatları vermək tələbi ilə bağlı 15600-dən çox sorğu alıb. Bu göstərici əvvəlki altı ayla müqayisədə təxminən 10% daha çoxdur.

Reytinqdə 5950 müraciət ilə ABŞ liderlik edir. Sonra Hindistan (1739 sorğu; artım 2% ; Fransa (1300; artım 27%); Böyük Britaniya (1273; artım 10%) və Almaniya (1060; artım 38%) ölkələri gəlirlər.



Baxış sayı: 1320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024