12px13px15px17px
Tarix:30/07/18

2021-ci ildə “5G” texnologiyasını dəstəkləyən avtomobillər əlçatan olacaq

İT sənayesi artıq "5G" dövrünə keçid mərhələsindədir. İlk beşinci nəsil kommersiya şəbəkələri yaxın vaxtlarda işə salınmalıdır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "3dnews.ru" saytına istinadən yazır ki, "Qualcomm" şirkətinin nümayəndəsi bildirir ki, avtomobil sektoru üçün gecikmənin xeyli azalması böyük əhəmiyyət kəsb edir: bu göstərici 1 ms səviyyəsində olacaq. Müqayisə üçün, adi "4G" şəbəkələrində bu göstərici təxminən 20 ms təşkil edir.
 
Beləliklə, internetə qoşulmuş və sürücüsüz idarə olunan nəqliyyat vasitələri real vaxt rejimində bir-biri ilə və yol infrastrukturu ilə məlumat mübadiləsi edə biləcək. Nəticədə, yeni nəsil nəqliyyat sistemlərinin istifadəyə verilməsi üçün təməl qoyulacaq.
 
ABŞ şirkətinin məlumatına görə, 2021-ci ildə "5G" texnologiyasını dəstəkləyən kommersiya yönümlü avtomobillər əlçatan olacaq.
 
Emil Hüseynov




Baxış sayı: 995

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024