12px13px15px17px
Tarix:31/07/18

“WhatsApp” messencerində artıq qrup zəngləri funksiyası əlçatandır

Yeni funksiya messencerin "iOS" və "Android" sistemləri üçün son yeniləməsində əlçatandır.
 
Sözügedən yenilik artıq 30 iyul tarixindən işləyir, ­­­– şirkətin korporativ bloqunda deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "yugopolis.ru" saytına istinadən yazır ki, qrup zəngində 4-dək istifadəçi iştirak edə bilər. Bunun üçün öncə həmin istifadəçilərdən birinə zəng vurmaq, daha sonra ekranın yuxarı sağ küncündə yerləşən "iştirakçıları əlavə etmək" düyməsinin üzərinə sıxmaq lazımdır.
 
Qrup zəngləri adi zənglər kimi "end-to-end" şifrlənməsinə malikdir.
 
Emil Hüseynov




Baxış sayı: 1080

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024