12px13px15px17px
Tarix:14/08/18

Bankların iştirakı olmadan həyata keçirilən mobil ödənişlərin həcmi 2 dəfə yüksələcək

“Juniper Research” analitik şirkətinin araşdırmasına görə, mağazalarda məhsul və xidmətlərin ödənişi üçün mobil cihazlardan istifadə inkişaf etməkdə olan ölkələrdə bank hesabı olmayan insanlar arasında maliyyə xidmətlərinin populyarlığının artmasında əsas rol oynayacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin proqnozuna əsasən, bank müştərisi olmayan istifadəçilər tərəfindən edilən mobil ödənişlərin həcmi 2018-ci ildə 1,8-dən 2023-cü ilədək 3,8 milyard dollaradək yüksələcək.
 
Aşağı gəlirə malik ölkələrdə bir çox insanlar banklarda hesab açmır, amma smartfonların artan populyarlığı məhsulu sürətli və komissiyasız almağa imkan verən elektron pul kisələrinin yaradılmasına imkan yaradır. Məsələn, Keniyada yerli “Safaricom” rabitə operatoru tərəfindən inkişaf etdirilən “Lipa Na M-Pesa” xidməti çox populyardır. 100 mindən çox sahibkar bu sistemə qoşulub. Gözləntilərə görə, 2023-cü ilədək Yaxın Şərq və Afrikanın ölkələrində alıcılar tərəfindən edilmiş birbaşa mobil ödənişlərin həcmi illik 16 milyard dolları ötəcək.
 
Emil Hüseynov




Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024