Tarix:27/10/11
Oktyabr ayın 24-də Bakı şəhərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) təşkilatçılığı ilə, Nar Mobile mobil operatoru, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Metropoliteninin dəstəyi ilə Avropa Memar Tələbələr Assambleyasının (EASA) Milli Əlaqələndiricilərin Mövsümarası Görüşünün 30-cu inzibati qurultayı keçirilmişdir. Qurultayda 20-dən çox ölkədən memar tələbələr iştirak etmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova çıxış edərək, Azərbaycanın qədim memarlıq sənəti, arxitektura nümunələri haqqında geniş məlumat verdi.
Nar Mobile adından çıxış edən Fərid Məmmədov qeyd etdi ki, Nar Mobile gənclərin inkişafı və Azərbaycanın tanınmasına yönəlmiş layihələrə daim önəm verib və Korporativ Sosial Siyasətinin prioritet istiqaməti kimi dəstəkləyir.
Qeyd edək ki, EASA 1981-ci ildən etibarən hər yay Avropa ölkələrindən müsabiqə əsasında seçilmiş 400 nəfərdən çox memar tələbəni avropa ölkələrindən birində yığıb, tələbələr arasında fikir mübadiləsi aparır və tələbələr arasında memarlıq emalatxanalarını təşkil edirlər.
Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin ən innovativ və şəffaf telekommunikasiya şirkətidir.
Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
Nar Mobile Avropanın memar tələbələrinin Bakı qurultayına dəstək oldu
Avropa Memar Tələbələr Assambleyasının (EASA) Milli Əlaqələndiricilərin Mövsümarası Görüşünün 30-cu inzibati qurultayı Nar Mobile-ın dəstəyi ilə Bakıda keçirilmişdir.Oktyabr ayın 24-də Bakı şəhərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) təşkilatçılığı ilə, Nar Mobile mobil operatoru, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Metropoliteninin dəstəyi ilə Avropa Memar Tələbələr Assambleyasının (EASA) Milli Əlaqələndiricilərin Mövsümarası Görüşünün 30-cu inzibati qurultayı keçirilmişdir. Qurultayda 20-dən çox ölkədən memar tələbələr iştirak etmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova çıxış edərək, Azərbaycanın qədim memarlıq sənəti, arxitektura nümunələri haqqında geniş məlumat verdi.
Nar Mobile adından çıxış edən Fərid Məmmədov qeyd etdi ki, Nar Mobile gənclərin inkişafı və Azərbaycanın tanınmasına yönəlmiş layihələrə daim önəm verib və Korporativ Sosial Siyasətinin prioritet istiqaməti kimi dəstəkləyir.
Qeyd edək ki, EASA 1981-ci ildən etibarən hər yay Avropa ölkələrindən müsabiqə əsasında seçilmiş 400 nəfərdən çox memar tələbəni avropa ölkələrindən birində yığıb, tələbələr arasında fikir mübadiləsi aparır və tələbələr arasında memarlıq emalatxanalarını təşkil edirlər.
Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin ən innovativ və şəffaf telekommunikasiya şirkətidir.
Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
Baxış sayı: 1128
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır