Tarix:17/08/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə tərəfindən qrantlar sahiblərinə təqdim olunub.
Fondun Müşahidə Şurasının qərarı ilə Çingiz Rəhimovun "Virtual cərrahiyyə" (29 000 AZN), Röyal Əmrahovun "Məktəbə hazıram" (16 000 AZN), Samir Həbiblinin "Sletti" (15 000 AZN), Çingiz Mehbalıyevin "www.joinb2b.com" (14 000 AZN), Namiq Qədirovun "Ağıllı oyuncaqlar" (11 000 AZN) layihələri qrant müsabiqəsinin qalibi elan edilib.
Nazirliyin Yüksək Texnologiyalar Parkında keçirilən mərasimdə çıxış edən nazir Ramin Quluzadə bildirib ki, ölkəmizdə innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara daim diqqət və dəstək göstərilir. Bunun nəticəsi olaraq, son illərdə Azərbaycanın startap ekosistemi daha da inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb.
Nazir qeyd edib ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi qrant müsabiqələrində 100-dən artıq layihə dövlət tərəfindən maliyyələşdirilib.
"Fondun bu günə qədər keçirdiyi 6 qrant müsabiqəsinə təqdim olunmuş 903 innovativ və tətbiqi elmi-texniki layihədən 117-nə qrant ayrılıb. İcrası yekunlaşdırılmış layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub. Hesab edirəm ki, Fond tәrәfindәn verilәn qrantlar startapçıların şəxsi bizneslәrinin qurulmasında əvәzsiz rola malikdir".
Eyni zamanda nazir Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində rezident olan startapçılar üçün xüsusi sərfəli şərtlərlə münbit şərait yaradıldığını vurğulayıb.
"Startap ekosisteminin formalaşdırılmasının ən vacib elementlərindən biri investisiya qoyuluşudur. Bu günədək ölkəmizdə startaplar, əsasən, dövlət tərəfindən maliyyələşdirilib. Hesab edirəm ki, bu sahədə özəl sektorun rolunun artırılmasının vaxtı gəlib çatıb.
Yaxın vaxtlarda startapların maliyyələşdirilməsi üçün potensial investorları bir araya toplayacağıq. Yəqin ki, bu, İnvestorlar Klubu formatında bir təşkilat olacaq. Ümumiyyətlə, biz çalışırıq ki, startapçılarımız alternativ maliyyə mənbələrinin axtarışında olsunlar".
Nazir, həmçinin qeyd edib ki, bu cür tədbirlərin həyata keçirilməsində əsas məqsəd innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, eləcə də bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.
Tədbirdə bildirilib ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqələri təşkil edir. Fondun növbəti, sayca 6-ci qrant müsabiqəsinə 149 layihə təqdim edilsə də, həmin layihələrdən 138-i ilkin ekspertiza mərhələsini keçib. Kompleks ekspertiza mərhələsini isə 39 layihə uğurla keçərək Müşahidə Şurasına təqdim olunub. Müşahidə Şurasının qərarı ilə isə, qrant müsabiqəsinin bütün meyarlarına cavab verən 5 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Qrant müsabiqəsinin qalibi olmuş layihələrə gəldikdə isə, qalib layihələrdən olan "Virtual cərrahiyyə" müasir texnologiyaların tətbiqi ilə daha dəqiq və effektiv cərrahi əməliyyat modelinin hazırlanmasına xidmət edir.
Belə ki, KT (kompüter tomoqrafiyası) və ya MRT (maqnit rezonans tomoqrafiyası) müayinələrinin 3D formatı və cərrahi əməliyyatın virtual planlaşdırma sxemi xüsusi holoqrafik cihaza ötürülür. Bundan sonra cərrah artırılmış reallıq eynəyi taxaraq onun kompüterində olan məlumatı xüsusi proqram təminatı ilə əməliyyat sahəsinə yerləşdirir. Beləliklə, cərrah əməliyyat sahəsinin real görüntüləri ilə yanaşı, gözə görünməyən anatomik strukturların 3D formatda radioloji görüntüsünü əldə edir.
"Məktəbə hazıram" layihəsi məktəbə hazırlıq, yəni 3-6 yaş qrupuna aid olan uşaqların zehni inkişafını sürətləndirmək, onların əylənərək öyrənməsini, məktəbə tam hazır şəkildə yetişməsini və texnoloji avadanlıqlardan daha səmərəli istifadəsini təmin etmək məqsədi daşıyır.
Müsabiqə qaliblərindən olan "Sletti" mobil tətbiqi tərcüməçi ilə dinləyici arasında rəqəmli əlaqə yaradır, bütün tərcümə prosesini rəqəmli şəkildə sinxron olaraq təmin edir. Layihə 2 istiqamətdə - "Tədbirlər üçün tərcümə" və "Fərdi tərcümə" funksionallığını özündə birləşdirir.
Kommersiya şirkətlərinin biznes şəbəkəsi olan "www.joinb2b.com" biznes tərəfdaşları tapmaq baxımından faydalı hesab olunur. "www.joinb2b.com" şəbəkəsi ona qoşulmuş şirkətləri onların tələblərinə uyğun gələn şirkətlərlə birbaşa və vasitəçisiz əlaqələndirmək funksiyasını yerinə yetirəcək.
"Ağıllı oyuncaqlar" layihəsinin əsas məqsədi isə uşaqların əylənərək öyrənməsinə və ana dilinin təkmilləşdirilməsinə şərait yaratmaqdan ibarətdir.
Sonda çıxış edən qaliblər ölkəmizdə innovativ layihələrin reallaşdırılması üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ayrılan maliyyə vəsaitinin ideyalarının biznesə çevrilməsi üçün böyük rol oynadığını bildiriblər.
Startapçılara qrantlar təqdim olundu
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibləri mükafatlandırılıb.Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə tərəfindən qrantlar sahiblərinə təqdim olunub.

Baxış sayı: 1017
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı