Tarix:28/10/11
Rəsul Qurbanov bildirib ki, sözügedən avadanlıq istifadəçilərin telefon xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır.
Bu avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və keyfiyyətli şəkildə çatdırılmasını təmin edir. Qeyd edək ki, Bakıda geniş şəkildə tətbiq edilən bu avadanlıq dünya təcrübəsində özünü yüksək keyfiyyəti ilə doğruldub.
Ramanı kəndində yeni “ONU” stansiyası tikilib
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakının kənd və qəsəbələrində vətəndaşların müasir telekommunikasiya xidmətlərindən istifadə etməsi üçün nəzərdə tutulan tədbirlər planının icrasını sürətlə həyata keçirir. BTRİB-in texniki direktoru Rəsul Qurbanovun “ictnews”-a verdiyi məlumata görə, bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq aeroport yolundan Ramanı kəndinə ayrılan yolun kəsişməsində Yeni Ramanı adlanan yaşayış sahəsində 1888 nömrə tutumlu yeni “ONU” (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi) tipli stansiyanın tikintisi həyata keçirilib. “ONU” stansiyası sakinlərə NGN texnologiyası imkanlığı ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir.Rəsul Qurbanov bildirib ki, sözügedən avadanlıq istifadəçilərin telefon xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır.
Bu avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və keyfiyyətli şəkildə çatdırılmasını təmin edir. Qeyd edək ki, Bakıda geniş şəkildə tətbiq edilən bu avadanlıq dünya təcrübəsində özünü yüksək keyfiyyəti ilə doğruldub.
Baxış sayı: 861
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı