Tarix:29/10/11
Onun sözlərinə görə, bundan əvvəl Ağsu qülləsində vericinin qurulması nəticəsində bölgədə rəqəmli yayım təmin olunmuşdursa, Əhmədbəyli stansiyasında uyğun tədbirlərin həyata keçirilməsi yayımın daha mükəmməl olmasına şərait yaradacaq. “Əhmədbəyli stansiyasından yayımın təmin edilməsi çox böyük arealda rəqəmli yayımla əhatə olunması deməkdir”- deyə M.Abbasov bildirib.
Texniki direktor ilin sonunadək bütün Azərbaycan ərazisinin rəqəmli televiziyanın əhatə dairəsinə qatılacağını qeyd edərək hazırda yayımın Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik, Ağsu stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə etdiyini xatırladıb.
Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.
Qarabağın cənub ərazilərində yüksək keyfiyyətli yayım təmin olunur
Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən telestansiyada rəqəmli yayım avadanlıqlarının qurulub başa çatdırılması nəticəsində Qarabağın cənub ərazilərində yerləşən rayonlarda yüksək keyfiyyətli yayım təmin etmiş oluruq. Bu barədə “ictnews”-a “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.Onun sözlərinə görə, bundan əvvəl Ağsu qülləsində vericinin qurulması nəticəsində bölgədə rəqəmli yayım təmin olunmuşdursa, Əhmədbəyli stansiyasında uyğun tədbirlərin həyata keçirilməsi yayımın daha mükəmməl olmasına şərait yaradacaq. “Əhmədbəyli stansiyasından yayımın təmin edilməsi çox böyük arealda rəqəmli yayımla əhatə olunması deməkdir”- deyə M.Abbasov bildirib.
Texniki direktor ilin sonunadək bütün Azərbaycan ərazisinin rəqəmli televiziyanın əhatə dairəsinə qatılacağını qeyd edərək hazırda yayımın Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik, Ağsu stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə etdiyini xatırladıb.
Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.
Baxış sayı: 1301
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı