Azərbaycanla Avstriya arasında nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradılacaq
Bu gün Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı iki ölkə arasında nəqliyyat, innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Tərəflər bu istiqamətdə konkret tədbirlərin görülməsi, əlaqələri genişləndirmək və birgə layihələrin icrası məqsədilə işçi qrupunun yaradılması ilə bağlı razılığa gəliblər.
Eyni zamanda, sentyabrın 19-da imzalanmış "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriya Respublikası Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında Niyyət Memorandumu"nda nəzərdə tutulan fəaliyyətlərin koordinasiya edilməsi üçün Əlaqələndirici Şəxslərin təyin edilməsi, habelə Azərbaycan və Avstriya arasında bu sahədə əməkdaşlığa dair sazişin imzalanması istiqamətində müvafiq hazırlıq işlərinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları da iştirak edib.
Baxış sayı: 960
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı