12px13px15px17px
Tarix:01/10/18

Hər kəs üçün onlayn investisiya imkanı yaradıldı

"Artıq bir neçə müddətdir ki, innovasiya ekosisteminin inkişaf etdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlaqələndiricisi olduğu İKT sahəsində İnvestorlar Klubu yaradılıb. "İnnoİnvest"  adlanan klub ölkəmizdə İKT sahəsində  sahibkarlığın inkişafı, bu sahəyə özəl sərmayələri cəlb etməklə büdcə xərclərinin azaldılması,  İKT sahəsində investisiya mühitinin yaxşılaşdırılması və özəl sərmayələrin düzgün istiqamətləndirilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin, eləcə də, innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək". Bu barədə İdeyadan Biznesə" layihəsi çərçivəsində Şəkidə  təşkil olunan  "İnnoCamp" innovasiya düşərgəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov  bildirib. O qeyd edib ki, "İdeyadan Biznesə" layihəsinin əhatə dairəsi daha da genişləndirilib. 

 

 

""İnnoİnvest"  İnvestorlar Klubu sayəsində investorlar perspektivli İKT layihələrinə sərmayə yatırmaqla yüksək gəlir əldə etmək, innovativ layihələrdə bir neçə investorla bir araya gələrək ortaq  fond yaratmaq, habelə, dövlətdən dəstək almaq  kimi imkanlar əldə edə biləcəklər. Perspektivli startap layihələri isə investorlarla birbaşa görüşmək, startaplar üçün daha sərfəli şərtlərlə investisiya əldə etmək imkanı qazanacaqlar. Artıq klubun fəaliyyətinin bir istiqaməti kimi "crowdfunding" maliyyələşmə forması "İdeyadan Biznesə" layihəsinin saytında xüsusi bölmədə - "http://i2b.az/az/innoinvest" yaradılıb".

 

 

R.Əziziov vurğulayıb ki, klubun üzvləri qismində şirkətlər, uğurlu sahibkarlar, startaplara investisiya yatıran fərdi sahibkarlar (biznes mələkləri), klub vasitəsilə uğur əldə etmiş startapçılar çıxış edə bilər.

 

 

O, artıq bir sıra uğurlu startapların bu platformaya qoşulduğunu qeyd edib.





Baxış sayı: 377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Oktyabr 2018

19 10 2018

19/10/18
Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət 

19/10/18
“İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir

Dünya İqtisadi Forumu 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nı (“The Global 

19/10/18
“Samsung” şirkəti “Galaxy Book” adlı hibrid planşetinin yeni nəslini təqdim edib

“Samsung” şirkəti “Galaxy Book” adlı hibrid planşetinin yeni nəslini təqdim edib. “Galaxy Book

19/10/18
“Qlobal İnfluenser Günü”nün proqramı açıqlandı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı ilə 

19/10/18
Populyar brauzerlər “TLS” protokolunun köhnə versiyalarının dəstəklənməsini dayandıracaq

2020-ci ilin birinci yarısında bütün əsas brauzerlər (Safari, Chrome, Edge, Internet Explorer və Firefox

19/10/18
Çində pilotsuz nəqliyyat təyyarəsinin uğurlu sınaqları keçirilib

Çinin Daxili Monqolustan Muxtar Rayonunda “Feyhun 98” pilotsuz nəqliyyat təyyarəsinin ilk uğurlu 

19/10/18
Nazir Ramin Quluzadə Beyləqanda vətəndaşlarla oktyabrın 23-ü görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin 26 oktyabr 2018-ci il tarixinə Beyləqan şəhərində

19/10/18
“Vertu” yeni smartfonunu təqdim edib

Bahalı telefon və smartfonların istehsalçısı olan “Vertu” uzunsürən fasilədən sonra yeni smartfonunu 

19/10/18
Daşınan süni böyrəyin yaradılması üçün addım atılıb

Beynəlxalq tədqiqatçılar qrupu daşınan süni böyrəyin yaradılmasını sürətləndirəcək 

19/10/18
2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək

2018-ci ildə qlobal informasiya texnologiyaları xərcləri 4,5% yüksələrək 3,7 trilyon ABŞ dollarına yaxınlaşacaq