12px13px15px17px
Tarix:06/10/18

Yüksək Texnologiyalar Parkında “Robitiks” Mühəndislik, proqramlaşdırma və rəqəmsal incəsənət kurslarına başlanılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında “Mars Academy”nin məktəblilər arasında böyük maraq doğuran  “Robitiks” kurslarına start verilib.

Bu gün  Yüksək Texnologiyalar Parkında  “Robitiks” Mühəndislik, proqramlaşdırma və rəqəmsal incəsənət kurslarına başlanması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə 100-dən çox məktəbli iştirak edərək rəqəmsal incəsənət nümunələri ilə tanış olub.

Kurslara marağı nəzərə alaraq “YT Park” MMC və Mars Academy arasında bağlanacaq əməkdaşlıq memorandumu çərçivəsində məktəblilər üçün kurslar parkın ofisdə keçiriləcək.

Məlumat üçün bildirək ki, Mars Academynin missiyası keyfiyyətli STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları təklif etməklə gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahələrə olan marağın artmasında iştirak etmək, peşə seçimi mərhələsinə gəlib çatmış gənclərə özlərini müxtəlif peşələrdə sınamaqla, düzgün seçim etmələrinə kömək olmaqdır.





























Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024