Tarix:09/10/18
İlk olaraq Binəqədi Gənclər Evində yaponiyalı ixtiraçı ilə gənclərin görüşü keçirilib. Yaponiyadan öz robotları ilə gəlmiş tanınmış robotexnika mühəndisi K.İşiqami gənclərə robotlardan ibarət xüsusi hazırlanmış proqram nümayiş etdirib, həmçinin "Texnologiya və sahibkarlıq", "Humanoid robotlar", "Əşyalar interneti" mövzularında seminar keçib.
Nazirlik tərəfindən internet üzərindən yaradılan qeydiyyat səhifəsi vasitəsi ilə 14 yaşdan yuxarı məktəblilər və ya tələbələrin seminarda pulsuz iştirakı təmin olunub. Bunun üçün iştirakçılardan sosial şəbəkə səhifələrində (instagram, facebook və s.) #ideyadanbiznesə, #i2b, #hightechpark, #itfund, #innovation heşteqləri altında robotexnika ilə bağlı kreativ statuslar paylaşmağı və paylaşdıqları statusun "skrinşot"unu qeydiyyat bölməsinə əlavə edərək müraciət etmələri xahiş olunmuşdu. Beləliklə, qeydiyyatdan keçən 41 nəfər seminarda ödənişsiz iştirak edib.
NRYTN-in dəstəyi ilə yaponiyalı ixtiraçı gənclərə “Texnologiya və sahibkarlıq” mövzusunda seminar keçirib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən yaponiyalı ixtiraçı Kohei İşiqaminiın iştirakı ilə Bakıda universitet tələbələri, texnologiya sahəsində istedadı olan məktəblilər, bu sahədə öz biznesini qurmaq istəyən gənclərə və valideynlərə seminar keçirilib.İlk olaraq Binəqədi Gənclər Evində yaponiyalı ixtiraçı ilə gənclərin görüşü keçirilib. Yaponiyadan öz robotları ilə gəlmiş tanınmış robotexnika mühəndisi K.İşiqami gənclərə robotlardan ibarət xüsusi hazırlanmış proqram nümayiş etdirib, həmçinin "Texnologiya və sahibkarlıq", "Humanoid robotlar", "Əşyalar interneti" mövzularında seminar keçib.
Nazirlik tərəfindən internet üzərindən yaradılan qeydiyyat səhifəsi vasitəsi ilə 14 yaşdan yuxarı məktəblilər və ya tələbələrin seminarda pulsuz iştirakı təmin olunub. Bunun üçün iştirakçılardan sosial şəbəkə səhifələrində (instagram, facebook və s.) #ideyadanbiznesə, #i2b, #hightechpark, #itfund, #innovation heşteqləri altında robotexnika ilə bağlı kreativ statuslar paylaşmağı və paylaşdıqları statusun "skrinşot"unu qeydiyyat bölməsinə əlavə edərək müraciət etmələri xahiş olunmuşdu. Beləliklə, qeydiyyatdan keçən 41 nəfər seminarda ödənişsiz iştirak edib.
Baxış sayı: 1349
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır