12px13px15px17px
Tarix:31/10/11

“Panasonic” şirkəti 10 il ərzində ilk dəfə zərərə məruz qalacaq

Yaponiyanın ən böyük elektronika istehsalçısı “Panasonic” cari ildə 10 il ərzində ilk dəfə olaraq illik maliyyə zərərinə məruz qalacağını proqnozlaşdırır. Səbəb isə şirkətin yenidən strukturlaşdırılması ilə bağlı yapon yenası və xərclərin son dərəcə əlverişsiz məzənnəsidir.

Dərc edilmiş məlumatlara əsasən, cari ildə ümumi maliyyə itkiləri təxminən 420 milyard yena və ya 5,3 milyard dollar təşkil edəcək.

Bundan əvvəl “Panasonic” cari ilin nəticəsinə əsasən, 30 milyard yena ölçüsündə gəlir əldə etməyi proqnozlaşdırırdı. “Panasonic” şirkəti üçüncü rüb üzrə maliyyə hesabatında106 milyard yena ölçüsündə xalis zərərə məruz qalması haqqında bildirib.

Analitiklər isə 5,6 milyard yena ölçüsündə zərər proqnozlaşdırmışdılar. Rüblük nəticələrin nəşrindən sonra, şirkətin səhmləri hər birinin qiyməti 2,1% və ya 809 yenaya qədər azalıb.



Baxış sayı: 1170

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024