Tarix:16/10/18
Seminar 15-16 oktyabr tarixlərində NRYTN-in İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbirin məqsədi dövlət qulluqçularının informasiya texnologiyaları üzrə hazırlıq səviyyələrinin artırılması və dövlət idarəçiliyində informasiya texnologiyalarının səmərəli istifadəsi sahəsində Avropa İttifaqının təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi olub.
Seminarda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, nazirliyin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov və İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov açılış nitqləri ilə çıxış ediblər və ölkəmizdə dövlət qulluqçularının rəqəmli hazırlığı sahəsində aparılan işlər barədə məlumat veriblər.
Daha sonra Almaniya, Portuqaliya, İtaliya və Litvanın informasiya texnologiyaları üzrə aparıcı ekspertləri öz ölkələrinin təcrübəsini bölüşüblər.
Ekspertlər “Dövlət qulluqçuları üçün yüksək səviyyəli İT biliklərinə nail olmaq üçün beynəlxalq standartlar və təlim proqramları”, “Dövlət qulluqçuları üçün rəqəmsal bacarıqların inkişafında Avropa Birliyi ölkələrinin təcrübəsi”, “Rəqəmsallaşdırma prosesində İT təlimlərinin rolu”, “İnformasiya təhlükəsizliyi və şəxsi məlumatların məxfiliyi” və “Rəhbər şəxslər üçün e-liderlik bacarıqları” mövzuları üzrə təqdimatlar edərək çıxış ediblər. Tədbir iştirakçılar və xarici ekspertlər arasında olan maraqlı müzakirələrlə müşahidə olunub.
“Dövlət qulluqçularının informasiya texnologiyaları üzrə bacarıqları və rəqəmli hazırlığı” mövzusunda seminar keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə Avropa İttifaqının TAIEX yardım alətindən istifadə edilməklə “Dövlət qulluqçularının informasiya texnologiyaları üzrə bacarıqları və rəqəmli hazırlığı” mövzusunda seminar keçirilib.Seminar 15-16 oktyabr tarixlərində NRYTN-in İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbirin məqsədi dövlət qulluqçularının informasiya texnologiyaları üzrə hazırlıq səviyyələrinin artırılması və dövlət idarəçiliyində informasiya texnologiyalarının səmərəli istifadəsi sahəsində Avropa İttifaqının təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi olub.
Seminarda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, nazirliyin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov və İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov açılış nitqləri ilə çıxış ediblər və ölkəmizdə dövlət qulluqçularının rəqəmli hazırlığı sahəsində aparılan işlər barədə məlumat veriblər.
Daha sonra Almaniya, Portuqaliya, İtaliya və Litvanın informasiya texnologiyaları üzrə aparıcı ekspertləri öz ölkələrinin təcrübəsini bölüşüblər.
Ekspertlər “Dövlət qulluqçuları üçün yüksək səviyyəli İT biliklərinə nail olmaq üçün beynəlxalq standartlar və təlim proqramları”, “Dövlət qulluqçuları üçün rəqəmsal bacarıqların inkişafında Avropa Birliyi ölkələrinin təcrübəsi”, “Rəqəmsallaşdırma prosesində İT təlimlərinin rolu”, “İnformasiya təhlükəsizliyi və şəxsi məlumatların məxfiliyi” və “Rəhbər şəxslər üçün e-liderlik bacarıqları” mövzuları üzrə təqdimatlar edərək çıxış ediblər. Tədbir iştirakçılar və xarici ekspertlər arasında olan maraqlı müzakirələrlə müşahidə olunub.
Baxış sayı: 724
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır