12px13px15px17px
Tarix:31/10/11

“.az” domen zonasında qeydiyyatdan keçmiş saytların sayı artıb

“.az” milli domen zonasında hazırda 12 607  sayt qeydiyyatdan keçib. Üçüncü rübün nəticələrinə əsasən milli domen zonasında qeydiyyatdan keçən saytların artım tempi 5,7 faiz təşkil edib.

Onlardan 11 571-i birinci səviyyəli, 589 sayt ikinci səviyyəli “.com.az” domen zonasında qeydiyyatdan keçib. Artım tempi müfaviq olaraq, 6,09 və 1,9 faiz təşkil edib. Populyarlığa görə üçüncü yeri “.edu.az” domeni tutur. Burada qeydiyyatdan keçmiş internet resursların sayı 138-ə çatıb.

Oktyabr ayının statistik məlumatlarına əsasən dünya üzrə fəal domen adlarının sayı 134 milyonu ötüb. “.com” domen zonasında 98,2 milyon, “.net”-də 14,2 milyon, “.org”-da isə 9,5 milyon domen adı qeydiyyatdan keçib.

Xatırladaq ki, “.az” domen zonası rəsmi olaraq, 1993-cü ilin avqust ayının 25-dən fəaliyyət göstərir. Bu domen zonasında qeydiyyat və illik texniki dəstək hər biri 20 manat təşkil edir.



Baxış sayı: 1324

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024