Tarix:01/11/18
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti bu il Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Dubayda keçirilən səlahiyyətli konfransında çox yüksək səviyyədə təmsil olunur. Nazir Ramin Quluzadə, onun müavini Elmir Vəlizadə burdadır və Azərbaycan nümayəndə heyəti çox fəal işləyir, regional birliyimiz çərçivəsində bəyəniləcək yeni ideya və təklifləri irəli sürür: “Biz ümid edirik ki, onlar səlahiyyətli konfrans tərəfindən də qəbul ediləcək və son nəticədə bu, daha effektiv informasiya cəmiyyətinin qurulmasına kömək edəcək. Bu, bizim ölkələrimizdə, regionlarımızda yaşayan insanların daha rahat yaşayış şəraitini təmin edən informasiya texnologiyalarından daha yaxşı istifadə edə bilmələrinə yönələcək”.
N.Muhitdinov, həmçinin bildirib ki, konfrans çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvləri seçiləcək. “Bu, çox mühüm seçilən vəzifədir və çox məhdud sayda ölkə bu Şuranın üzvüdür. Azərbaycan belə seçilmək imkanına layiq görülüb, çünki Azərbaycanda informasiya texnologiyalarının inkişafını təmin edən göstəricilər mövcuddur və bu xidmətlər birlik tərəfindən qəbul edilib və ölkələr öz səsini verib”, – RRB rəhbəri vurğulayıb.
O qeyd edib ki, bu dəfə BTİ-nin səlahiyyətli konfransında Azərbaycan rabitə administrasiyası ümumilikdə ölkəni təmsil etməklə yenidən BTİ Şurasına seçilmək üçün namizəddir və nazirlik nümayəndəsi Sahibə Həsənovanın Radioreqlamentar komitəyə namizədliyi irəli sürülüb. “Radioreqlamentar komitə də Beynəlxalq Telekommunikasiya İttifaqında, assambleyalar və ümumdünya radiorabitə konfransları arasında onun fəaliyyətini təmin edən çox məhdud saylı konkret insanlardan ibarət strukturdur. Bu, güman edirəm, bizim regiondan mövcud olan iki yer uğrunda Azərbaycan administrasiyasının rəqabətli, açıq və demokratik mübarizədə adlaya və qalib gələ biləcəyi çox məsuliyyətli və vacib mərhələdir. Namizədlər daha çoxdur, onların sayı dörddür. Mən ona qələbə və gələcəkdə artıq Radioreqlamentar komitənin üzvü vəzifəsində Beynəlxalq Telekommunikasiya İttifaqında, Regional Rabitə Birliyində iş arzulamaq istəyirəm”, – Nurudin Muhitdinov deyib.
Nurudin Muhitdinov: Azərbaycan rabitə administrasiyası Regional Rabitə Birliyində və beynəlxalq ittifaqda çox fəal iştirakçıdır
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həm Regional Rabitə Birliyində, həm də beynəlxalq ittifaqda çox fəal iştirakçıdır. Bu barədə Regional Rabitə Birliyinin (RRB) İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhitdinov “AZƏRTAC”a bildirib.Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti bu il Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Dubayda keçirilən səlahiyyətli konfransında çox yüksək səviyyədə təmsil olunur. Nazir Ramin Quluzadə, onun müavini Elmir Vəlizadə burdadır və Azərbaycan nümayəndə heyəti çox fəal işləyir, regional birliyimiz çərçivəsində bəyəniləcək yeni ideya və təklifləri irəli sürür: “Biz ümid edirik ki, onlar səlahiyyətli konfrans tərəfindən də qəbul ediləcək və son nəticədə bu, daha effektiv informasiya cəmiyyətinin qurulmasına kömək edəcək. Bu, bizim ölkələrimizdə, regionlarımızda yaşayan insanların daha rahat yaşayış şəraitini təmin edən informasiya texnologiyalarından daha yaxşı istifadə edə bilmələrinə yönələcək”.
N.Muhitdinov, həmçinin bildirib ki, konfrans çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvləri seçiləcək. “Bu, çox mühüm seçilən vəzifədir və çox məhdud sayda ölkə bu Şuranın üzvüdür. Azərbaycan belə seçilmək imkanına layiq görülüb, çünki Azərbaycanda informasiya texnologiyalarının inkişafını təmin edən göstəricilər mövcuddur və bu xidmətlər birlik tərəfindən qəbul edilib və ölkələr öz səsini verib”, – RRB rəhbəri vurğulayıb.
O qeyd edib ki, bu dəfə BTİ-nin səlahiyyətli konfransında Azərbaycan rabitə administrasiyası ümumilikdə ölkəni təmsil etməklə yenidən BTİ Şurasına seçilmək üçün namizəddir və nazirlik nümayəndəsi Sahibə Həsənovanın Radioreqlamentar komitəyə namizədliyi irəli sürülüb. “Radioreqlamentar komitə də Beynəlxalq Telekommunikasiya İttifaqında, assambleyalar və ümumdünya radiorabitə konfransları arasında onun fəaliyyətini təmin edən çox məhdud saylı konkret insanlardan ibarət strukturdur. Bu, güman edirəm, bizim regiondan mövcud olan iki yer uğrunda Azərbaycan administrasiyasının rəqabətli, açıq və demokratik mübarizədə adlaya və qalib gələ biləcəyi çox məsuliyyətli və vacib mərhələdir. Namizədlər daha çoxdur, onların sayı dörddür. Mən ona qələbə və gələcəkdə artıq Radioreqlamentar komitənin üzvü vəzifəsində Beynəlxalq Telekommunikasiya İttifaqında, Regional Rabitə Birliyində iş arzulamaq istəyirəm”, – Nurudin Muhitdinov deyib.
Baxış sayı: 9812
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır