Tarix:01/11/11
Diskret videokartlar, inteqrasiya edilmiş qrafik kontrollerlərlə olan çipsetlər və inteqrasiya edilmiş videonüvə ilə olan hibrid prosessorların tədarükləri illik hesablamada 18,4% artıb. 2011-ci ilin ikinci rübü ilə müqayisədə artım 16.7% təşkil edib.
“İntel” korporasiyası ən böyük təchizatçı olaraq qalır. İkinci nəsil (Sandy Bridge platforması) “Core” çipləri sayəsində korporasiya payını cari ilin ikinci rübündəki 54,8%-dən üçüncü rübdə 60,4%-ə qədər artıra bilib.
İkinci yerdə olan “AMD” şirkəti mövqeyini itirir: şirkətin payı 24,4%-dən 23,0%-ə qədər azalıb. “Nvidia” üçlüyü tamamlayır. Onun payı rüblük hesablamada 20.1%-dən 16.1%-ə qədər azalıb.
Digər qrafik kontrollerlər istehsalçılarının ümumi payı təxminən 0,5% təşkil edir. Ümumilikdə, üçüncü rübdə 138,5 milyon videoadapter satılıb. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 21.5 milyon çoxdur.
Qrafik kontrollerlər bazarının əsas oyunçusu dəyişir
“Jon Peddie Research” şirkəti 2011-ci ilin üçüncü rübü üzrə qrafik kontrollerlər bazarında qüvvələr nisbətini qiymətləndirib.Diskret videokartlar, inteqrasiya edilmiş qrafik kontrollerlərlə olan çipsetlər və inteqrasiya edilmiş videonüvə ilə olan hibrid prosessorların tədarükləri illik hesablamada 18,4% artıb. 2011-ci ilin ikinci rübü ilə müqayisədə artım 16.7% təşkil edib.
“İntel” korporasiyası ən böyük təchizatçı olaraq qalır. İkinci nəsil (Sandy Bridge platforması) “Core” çipləri sayəsində korporasiya payını cari ilin ikinci rübündəki 54,8%-dən üçüncü rübdə 60,4%-ə qədər artıra bilib.
İkinci yerdə olan “AMD” şirkəti mövqeyini itirir: şirkətin payı 24,4%-dən 23,0%-ə qədər azalıb. “Nvidia” üçlüyü tamamlayır. Onun payı rüblük hesablamada 20.1%-dən 16.1%-ə qədər azalıb.
Digər qrafik kontrollerlər istehsalçılarının ümumi payı təxminən 0,5% təşkil edir. Ümumilikdə, üçüncü rübdə 138,5 milyon videoadapter satılıb. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 21.5 milyon çoxdur.
Baxış sayı: 709
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır