Tarix:01/11/11
Bazarda uzun müddət və uğurla fəaliyyət göstərən aparıcı telekommunikasiya şirkətləri ilə eyni sərgi meydançasında iştirak etməklə, möhtəşəm ideyaların gənc müəllifləri diqqəti öz yeni layihələrinə yönəltmək, onları həyata keçirmək və sürətlə inkişaf edən İKT sahəsində tətbiq etmək üçün unikal imkan əldə edəcəklər.
“Iteca Caspian llc” şirkəti və onun tərəfdaşı “ITE Group plc” şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər. “Smart Zone” layihəsinin sponsoru isə “AzStarNet” şirkətidir.
“Smart Zone” layihəsində iştirak etmək istəyənlər 7 noyabr 2011-ci il tarixinə qədər sərginin vebsaytına (www.bakutel.az/smartzone) daxil olaraq anket doldurmalıdırlar. Seçilmiş layihələrin / proqramların müəllifləri 7–14 noyabr tarixlərində müsahibəyə dəvət olunacaqlar.
Sərginin təşkilatçıları əmindirlər ki, “Smart Zone” layihəsi “BakuTel” sərgisinin xeyirxah ənənəsinə çevrilərək hər il yeni ideyaların aşkar edilməsi və istehsalda tətbiqi üçün imkan yaradacaqdır.
“BakuTel 2011” sərgisində gənc mütəxəssislər üçün yeni layihə
23-26 noyabr tarixlərində “Bakı Ekspo” mərkəzində keçiriləcək illik Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” (“BakuTel”) sərgi və konfransı çərçivəsində, ilk dəfə olaraq, “Smart Zone” (“İntellektual ərazi”) layihəsi start götürəcək. Sözügedən layihənin əsas məqsədi gənc mütəxəssislərə İKT sahəsinə aid olan layihə və proqramlarını nümayiş etdirmək imkanını təmin etməkdir.Bazarda uzun müddət və uğurla fəaliyyət göstərən aparıcı telekommunikasiya şirkətləri ilə eyni sərgi meydançasında iştirak etməklə, möhtəşəm ideyaların gənc müəllifləri diqqəti öz yeni layihələrinə yönəltmək, onları həyata keçirmək və sürətlə inkişaf edən İKT sahəsində tətbiq etmək üçün unikal imkan əldə edəcəklər.
“Iteca Caspian llc” şirkəti və onun tərəfdaşı “ITE Group plc” şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər. “Smart Zone” layihəsinin sponsoru isə “AzStarNet” şirkətidir.
“Smart Zone” layihəsində iştirak etmək istəyənlər 7 noyabr 2011-ci il tarixinə qədər sərginin vebsaytına (www.bakutel.az/smartzone) daxil olaraq anket doldurmalıdırlar. Seçilmiş layihələrin / proqramların müəllifləri 7–14 noyabr tarixlərində müsahibəyə dəvət olunacaqlar.
Sərginin təşkilatçıları əmindirlər ki, “Smart Zone” layihəsi “BakuTel” sərgisinin xeyirxah ənənəsinə çevrilərək hər il yeni ideyaların aşkar edilməsi və istehsalda tətbiqi üçün imkan yaradacaqdır.
Baxış sayı: 1172
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır