12px13px15px17px
Tarix:02/11/11

Qlobal internet şəbəkəsinə qoşulma sürəti 3 dəfə artıb

Ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 2009-cu illə müqayisədə təqribən 3 dəfə artaraq, 44.5 Gb/san. çatmışdır.

Cari ilin 9 ayı ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5 mln. dəqiqə artaraq 545,0 mln. dəqiqə, çıxış trafikinin həcmi 14,8 mln. dəqiqə artaraq 133,0 mln. dəqiqə təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq çıxış trafiki 12,5%, giriş trafiki isə 8,2% artmışdır.

Bundan başqa,Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilərək Gürcüstanın dünya ölkələrinə çıxış telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunmuşdur.

Rusiya Federasiyası istiqamətində fiber-optik kabel şəbəkələrinin alternativliyinin və dayanıqlılığının təmin olunması məqsədilə Siyəzən-Rusiya sərhəd-keçid məntəqəsi arasında yeni fiber-optik magistralın tikintisi başa çatdırlmışdir.



Baxış sayı: 1643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024