12px13px15px17px
Tarix:02/11/11

“İnternet Explorer” nüfuzunu itirir?!

Əgər hazırkı dinamika davam etsə, o zaman 2012-ci ilədək “İnternet Explorer” səyyahının payı ilk dəfə olaraq 50%-dən aşağı düşəcək.

“Net Applications” şirkətinin yeni məlumatlarına əsasən, son ay ərzində “Microsoft” korporasiyasının səyyahının populyarlığı demək olar ki, 2% - 54,39%-dən 52,63%-ə qədər azalıb. “Firefox” səyyahının payı 22,48%-dən 22,51%-ə qədər artıb. “Google Chrome” səyyahının payı əhəmiyyətli dərəcədə artmağa davam edir.

Sentyabr ayı ilə müqayisədə onun göstəricisi demək olar ki, 1.5% artıb və 17,62% təşkil edib. “Safari” səyyahı istifadəçilərinin sayı 5,02%-dən 5,43%-ə qədər artıb. Oktyabr ayında Norveçin “Opera” səyyahı vasitəsilə 1,56% istifadəçi internetə daxil olub. 1 ay əvvəl bu göstərici 1,68% təşkil edib.



Baxış sayı: 1165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024