Tarix:04/12/18
Nazir qeyd edib ki, səfər çərçivəsində azərbaycanlı həmkarı ilə görüşərək informasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin perspektivlərini müzakirə edəcək. Bu gün yüksək texnologiyaların inkişafı kibercinayətkarlığın da yaranmasına səbəb olub. Bu kimi neqativ halların qarşısını almaq üçün birgə mübarizə lazımdır.
İranlı nazir: İKT sahəsində İran ilə Azərbaycanın əməkdaşlığının inkişafı zəruridir
İran ilə Azərbaycan yaxın qonşu və dost dövlətlərdir. Digər sahələrdə olduğu kimi informasiya texnologiyaları sahəsində də iki dövlət arasındakı əlaqələrin inkişafı zəruridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 4-də İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Çəhromi deyib. O bildirib ki, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəvəti ilə “Bakutel-2018” Beynəlxalq Rabitə və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün Bakıya yola düşür. Hava limanında jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, İran bu sərgidə informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri və istehsal etdiyi məhsulları nümayiş etdirəcək.Nazir qeyd edib ki, səfər çərçivəsində azərbaycanlı həmkarı ilə görüşərək informasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin perspektivlərini müzakirə edəcək. Bu gün yüksək texnologiyaların inkişafı kibercinayətkarlığın da yaranmasına səbəb olub. Bu kimi neqativ halların qarşısını almaq üçün birgə mübarizə lazımdır.
Baxış sayı: 764
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır