Tarix:02/11/11
BMT-nin Rəqəmsal İnkişaf üzrə Genişzolaqlı Komissiyası bildirib ki, 2015-ci ilədək inkişaf edən dövlətlərdə sadə genişzolaqlı xidmətlərin qiymətləri bazarın tənzimlənməsi və müvafiq qaydalar vasitəsilə azaldılmalıdır.
Komissiya təklif edib ki, sadə genişzolaqlı xidmətlərin qiyməti inkişaf edən bazarlarda əldə olunan orta aylıq gəlirin 5%-dən aşağı olsun.
Digər məqsədində komissiya təklif edir ki, inkişaf edən dövlətlərin ev təsərrüfatlarının 40%-i 2015-ci ilədək internet şəbəkəsinə çıxış ilə təmin olunsun. Komissiyanın başqa iki məqsədi daha qlobal xüsusiyyətə malikdir.
Belə ki, 2015-ci ilədək bütün dövlətlər genişzolaqlı xidmətlər üzrə milli plan ya strategiya hazırlamalıdır və ya genişzolaqlı xidmətləri öz universal xidmət xülasələrinə daxil etməlidirlər.
Təkliflər sırasında 2015-ci ilədək inkişaf edən ölkələrdə internet istifadəçilərin şəbəkəyə daxil olma əmsalının dünya üzrə 60%, daha az inkişaf edən dövlətlərdə 15% təşkil etməsi məsələsi də var.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadan Turenin verdiyi bəyanatda bildirilir ki, bu məqsədlərə nail olmaq üçün hökumətlər özəl sektorla əməkdaşlıq yaradaraq siyasi iradə və etimad göstərməlidirlər.
BTİ hər bir ölkənin bu məqsədlərə dair irəliləyişini ölçməsini və hər il genişzolaqlı xidmətlər üzrə illik hesabat təqdim etməsini öz üzərinə götürüb.
Hesabatda ölkələrdə baş verən genişzolaqlı xidmət üzrə siyasət, qiymətlərin azaldılması və istehlaka uyğun olaraq onların təsnifatı veriləcək.
Əlavə olaraq, komissiya hökumətlərə İKT xidmətlərinin bazara daxil olmasına maneçilik törətməməyi və lazımsız vergilərin tutulmamasını məsləhət görüb.
“Yeni virtual dünyada məlumatın azad və maneəsiz axıntısını təmin etmək üçün keçmiş əsrdən qalan qanunvericilik və tənzimedici bazaların yenidən nəzərdən keçirilməsi vacibdir”, - deyə komissiyanın bəyanatında bildirilib.
BMT genişzolaqlı xidmətlərin qiymətlərini azaltmaq üçün yeni qaydalar təklif edir
BMT komissiyası genişzolaqlı internetin bütün dünyada tətbiqini və istifadəsini stimullaşdırmaq üçün yeni 4 məqsəd təklif edib. Məqsədlərdən biri bazarlarda genişzolaqlı xidmətlərdən istifadənin qiymətini azaltmaq üçün əlavə qaydaların tətbiq edilməsini nəzərdə tutur.BMT-nin Rəqəmsal İnkişaf üzrə Genişzolaqlı Komissiyası bildirib ki, 2015-ci ilədək inkişaf edən dövlətlərdə sadə genişzolaqlı xidmətlərin qiymətləri bazarın tənzimlənməsi və müvafiq qaydalar vasitəsilə azaldılmalıdır.
Komissiya təklif edib ki, sadə genişzolaqlı xidmətlərin qiyməti inkişaf edən bazarlarda əldə olunan orta aylıq gəlirin 5%-dən aşağı olsun.
Digər məqsədində komissiya təklif edir ki, inkişaf edən dövlətlərin ev təsərrüfatlarının 40%-i 2015-ci ilədək internet şəbəkəsinə çıxış ilə təmin olunsun. Komissiyanın başqa iki məqsədi daha qlobal xüsusiyyətə malikdir.
Belə ki, 2015-ci ilədək bütün dövlətlər genişzolaqlı xidmətlər üzrə milli plan ya strategiya hazırlamalıdır və ya genişzolaqlı xidmətləri öz universal xidmət xülasələrinə daxil etməlidirlər.
Təkliflər sırasında 2015-ci ilədək inkişaf edən ölkələrdə internet istifadəçilərin şəbəkəyə daxil olma əmsalının dünya üzrə 60%, daha az inkişaf edən dövlətlərdə 15% təşkil etməsi məsələsi də var.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadan Turenin verdiyi bəyanatda bildirilir ki, bu məqsədlərə nail olmaq üçün hökumətlər özəl sektorla əməkdaşlıq yaradaraq siyasi iradə və etimad göstərməlidirlər.
BTİ hər bir ölkənin bu məqsədlərə dair irəliləyişini ölçməsini və hər il genişzolaqlı xidmətlər üzrə illik hesabat təqdim etməsini öz üzərinə götürüb.
Hesabatda ölkələrdə baş verən genişzolaqlı xidmət üzrə siyasət, qiymətlərin azaldılması və istehlaka uyğun olaraq onların təsnifatı veriləcək.
Əlavə olaraq, komissiya hökumətlərə İKT xidmətlərinin bazara daxil olmasına maneçilik törətməməyi və lazımsız vergilərin tutulmamasını məsləhət görüb.
“Yeni virtual dünyada məlumatın azad və maneəsiz axıntısını təmin etmək üçün keçmiş əsrdən qalan qanunvericilik və tənzimedici bazaların yenidən nəzərdən keçirilməsi vacibdir”, - deyə komissiyanın bəyanatında bildirilib.
Baxış sayı: 1333
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib