Tarix:03/11/11
Şirkətdən verilən məlumata görə, 3G xidmətinin tətbiqi ilə müştərilərə ən son mobil data və internet xidmətləri göstəriləcək və Azərbaycanda rəqəmsal infrastruktur qurulmasına dəstək veriləcək. Hazırda Bakcell ölkədə ən böyük - ümumi sayı 2500-ü keçən baza stansiya şəbəkəsinə malikdir. İndiyədək şəbəkənin yenilənməsi üzrə aparılan işlərə böyük miqdarda sərmayə qoyulub və bu iş məqsədyönlü şəkildə aparılıb.
Nəticədə 3G xidmətlərinin həyata keçirilməsi üçün lazımi proqram təminatı yaradılıb və baza stansiyalarının dəyişdirilməsi müvəffəqiyyətlə həyata keçirilib. Bakcell əminliklə bəyan edir ki, mövcud şəbəkəsi üçüncü nəsil standartında xidmətlərin göstərilməsinə tam hazırdır.
Azərbaycanda 3G xidmətlərinin kütləviləşməsi ölkənin simsiz rabitə, daha dəqiq desək, MOBİL İNTERNET bazarının inkişafında növbəti mərhələnin başlamasına təkan verəcək.
Bugün istifadəçilərin çoxu internetə portativ qurğular vasitəsilə daxil olmağa üstünlük verirlər. Bazara yeni və daha yaxşı xidmətlər təqdim olunduqca mobil internetdən istifadə yüksək sürətlə artır.
Bakcell 3G xidmətlərinin kütləvi şəkildə tətbiqinə başlanmasının ölkədə İKT sektorunun inkişafına təkan verəcəyinə, bu sahədə rəqabəti artıracağına və yerli bazarın daha da inkişafına nail olunacağına inanır.
Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib ki, 3G xidmətlərinin göstərilməsi Azərbaycanın mobil rabitə bazarında yeni inkişaf dalğasının yaranmasına səbəb olacaq.
Onun sözlərinə görə, son vaxtlar internet xidmətləri yüksək sürətlə inkişaf edir. İnsanlar internetə olan ehtiyaclarını daha çox mobil telefonlarından istifadə etməklə reallaşdırır.
Bu baxımdan, bazarın tələbatı aşkardır və biz 3G-nin tətbiqi ilə interneti daha rahat formada insanların gündəlik həyatına gətirmək niyyətindəyik. Bakcell artıq ən populyar internet proqramları olan facebook və twitter-də təmsil olunur.
Bizim məqsədimiz yüksək sürətli 3G mobil internet xidmətimiz sayəsində müştərilərimizin bu kimi proqramlardan və YouTube kimi populyar xidmətlərdən istifadə təcrübəsini daha da təkmilləşdirməkdir ”, deyə baş icraçı direktor vurğulayıb.
3G xidmətlərinin göstərilməsi Azərbaycanın mobil rabitə bazarında yeni inkişaf dalğasının yaranmasına səbəb olacaq
Azərbaycanın İlk Mobil Operatoru olan Bakcell elan edib ki, 3G mobil rabitə xidmətlərini göstərməsi üçün operatorun mövcud şəbəkəsi üçüncü nəsil standartında xidmətlərin göstərilməsinə tam hazırdır.Şirkətdən verilən məlumata görə, 3G xidmətinin tətbiqi ilə müştərilərə ən son mobil data və internet xidmətləri göstəriləcək və Azərbaycanda rəqəmsal infrastruktur qurulmasına dəstək veriləcək. Hazırda Bakcell ölkədə ən böyük - ümumi sayı 2500-ü keçən baza stansiya şəbəkəsinə malikdir. İndiyədək şəbəkənin yenilənməsi üzrə aparılan işlərə böyük miqdarda sərmayə qoyulub və bu iş məqsədyönlü şəkildə aparılıb.
Nəticədə 3G xidmətlərinin həyata keçirilməsi üçün lazımi proqram təminatı yaradılıb və baza stansiyalarının dəyişdirilməsi müvəffəqiyyətlə həyata keçirilib. Bakcell əminliklə bəyan edir ki, mövcud şəbəkəsi üçüncü nəsil standartında xidmətlərin göstərilməsinə tam hazırdır.
Azərbaycanda 3G xidmətlərinin kütləviləşməsi ölkənin simsiz rabitə, daha dəqiq desək, MOBİL İNTERNET bazarının inkişafında növbəti mərhələnin başlamasına təkan verəcək.
Bugün istifadəçilərin çoxu internetə portativ qurğular vasitəsilə daxil olmağa üstünlük verirlər. Bazara yeni və daha yaxşı xidmətlər təqdim olunduqca mobil internetdən istifadə yüksək sürətlə artır.
Bakcell 3G xidmətlərinin kütləvi şəkildə tətbiqinə başlanmasının ölkədə İKT sektorunun inkişafına təkan verəcəyinə, bu sahədə rəqabəti artıracağına və yerli bazarın daha da inkişafına nail olunacağına inanır.
Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib ki, 3G xidmətlərinin göstərilməsi Azərbaycanın mobil rabitə bazarında yeni inkişaf dalğasının yaranmasına səbəb olacaq.
Onun sözlərinə görə, son vaxtlar internet xidmətləri yüksək sürətlə inkişaf edir. İnsanlar internetə olan ehtiyaclarını daha çox mobil telefonlarından istifadə etməklə reallaşdırır.
Bu baxımdan, bazarın tələbatı aşkardır və biz 3G-nin tətbiqi ilə interneti daha rahat formada insanların gündəlik həyatına gətirmək niyyətindəyik. Bakcell artıq ən populyar internet proqramları olan facebook və twitter-də təmsil olunur.
Bizim məqsədimiz yüksək sürətli 3G mobil internet xidmətimiz sayəsində müştərilərimizin bu kimi proqramlardan və YouTube kimi populyar xidmətlərdən istifadə təcrübəsini daha da təkmilləşdirməkdir ”, deyə baş icraçı direktor vurğulayıb.
Baxış sayı: 911
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır