Tarix:03/11/11
Toplantı çərçivəsində təşkilata üzvlük və dəyişikliklər, maliyyə, büdcə, planda nəzərdə tutulan seminar və konfranslar, katibliyin gələcək fəaliyyəti və s. məsələlər müzakirə olunmuş, TERENA-nın yaranmasının 25 illik yubileyi təntənəli şəkildə qeyd edilmişir.
Avropa ölkələrinin akademik araşdırma mərkəzləri və universitetlərinin şəbəkələrini əhatə etməklə elm və təhsilin maraqlarına cavab verən yüksək keyfiyyətli beynəlxalq informasiya-kommunikasiya infrastrukturunu yaratmağa, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşmasına xidmət edən TERENA 1986-cı ildə fəaliyyətə başlayıb.
TERENA-nın fəaliyyətinin əsas məqsədi assosiasiyaya üzv olan təşkilatların maraqlarını təmsil etməklə elmi məqsədlər üçün istifadə olunan beynəlxalq şəbəkənin təkmilləşdirilməsi məsələlərinin təşkilidir.
Qurum digər təşkilatlarla əməkdaşlıq əlaqələri qurur, mütəmadi olaraq beynəlxalq şəbəkənin inkişafı, bu sahədə mövcud problemlərin həlli və s. məsələlərə həsr olunmuş müxtəlif səpkili konfrans və seminarlar təşkil edir.
Təşkilatın əsas orqanları Baş Assambleya, İcraiyyə Komitəsi, Texniki Komitə, Texniki Məsləhət Şurası və Katiblikdir. Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu ildə TERENA-nın Baş Assambleyasının illik iclasında təşkilatın tam hüquqlu üzvü seçilmişdir.
Qeyd edək ki, respublikamızda formalaşan e-Azərbaycanın bir seqmenti olan e-elmin şəbəkə platforması və infrastrukturu AzScienceNet Elm kompyuter şəbəkəsi YUNESKO-nun Xüsusi Komissiyasının tövsiyəsi ilə TERENA-da qeydiyyata alınmışdır. Şəbəkənin istismarı, idarə olunması və inkişafı AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir.
TERENA-nın 25 illiyi qeyd olunmuşdur
Brüsseldə (Belçika) TERENA (Trans-European Research and Education Networking Accociation) Baş Assambleyasının 36-cı toplantısı keçirilmişdir. Tədbirdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil etmişdir.Toplantı çərçivəsində təşkilata üzvlük və dəyişikliklər, maliyyə, büdcə, planda nəzərdə tutulan seminar və konfranslar, katibliyin gələcək fəaliyyəti və s. məsələlər müzakirə olunmuş, TERENA-nın yaranmasının 25 illik yubileyi təntənəli şəkildə qeyd edilmişir.
Avropa ölkələrinin akademik araşdırma mərkəzləri və universitetlərinin şəbəkələrini əhatə etməklə elm və təhsilin maraqlarına cavab verən yüksək keyfiyyətli beynəlxalq informasiya-kommunikasiya infrastrukturunu yaratmağa, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşmasına xidmət edən TERENA 1986-cı ildə fəaliyyətə başlayıb.
TERENA-nın fəaliyyətinin əsas məqsədi assosiasiyaya üzv olan təşkilatların maraqlarını təmsil etməklə elmi məqsədlər üçün istifadə olunan beynəlxalq şəbəkənin təkmilləşdirilməsi məsələlərinin təşkilidir.
Qurum digər təşkilatlarla əməkdaşlıq əlaqələri qurur, mütəmadi olaraq beynəlxalq şəbəkənin inkişafı, bu sahədə mövcud problemlərin həlli və s. məsələlərə həsr olunmuş müxtəlif səpkili konfrans və seminarlar təşkil edir.
Təşkilatın əsas orqanları Baş Assambleya, İcraiyyə Komitəsi, Texniki Komitə, Texniki Məsləhət Şurası və Katiblikdir. Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu ildə TERENA-nın Baş Assambleyasının illik iclasında təşkilatın tam hüquqlu üzvü seçilmişdir.
Qeyd edək ki, respublikamızda formalaşan e-Azərbaycanın bir seqmenti olan e-elmin şəbəkə platforması və infrastrukturu AzScienceNet Elm kompyuter şəbəkəsi YUNESKO-nun Xüsusi Komissiyasının tövsiyəsi ilə TERENA-da qeydiyyata alınmışdır. Şəbəkənin istismarı, idarə olunması və inkişafı AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir.
Baxış sayı: 1116
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır