12px13px15px17px
Tarix:04/11/11

Almaniya hakimiyyəti yenə də “Facebook” şəbəkəsindən narazıdır

Almaniya hakimiyyəti “Facebook” sosial şəbəkəsini ittiham edib. Bildirib ki, “Facebook”, istifadəçilər öz hesablarını sildikdən sonra belə onları izləməyə davam edir.

Hamburq Verilənlərin təhlükəsizliyi idarəsi bu gün məruzə dərc edib. Məruzədə qeyd edilib ki, “Facebook” müvafiq səhifələrin silinməsindən sonra belə istifadəçilərin identifikasiyası üçün onların kompyuterlərində saxlanılan fayl-identifikatorlardan (Cookie) istifadə edir.

Bu idarənin rəhbəri İohannes Kaspar bildirib ki, əgər istifadəçilər özləri razılıq vermirlərsə, o zaman “Facebook” onlar haqqında saxlanılan informasiyanı silməlidirlər, belə ki, bunu şəbəkələrdə şəxsi məlumatlarla iş ilə bağlı Avropa qaydaları tələb edir.

Kaspar bildirib ki, onun idarəsi “Facebook”dan izahat və bu təcrübənin texniki əsaslandırılmasını gözləyir. Bundan əvvəl dünyanın ən böyük sosial şəbəkəsindən bildiriblər ki, onlar alman hakimiyyəti ilə əməkdaşlıq etməyə hazırdırlar və istifadəçi məlumatları sahəsi ilə bağlı öz siyasətlərini izah edəcəklər.

Hal-hazırda “Facebook” nümayəndələri xahiş ediblər ki, alman idarəsi məhz hansı cookie-faylların onlarda narahatlıq yaratdığı ilə bağlı konkret texniki məlumat versinlər.



Baxış sayı: 1509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024