12px13px15px17px
Tarix:05/11/11

Azərbaycan Rabitəsinin yaranmasının 130 illiyi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi elan edilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinn İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Rabitəsinin yaranmasının 130 illiyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan edib.

Müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması aşağıdaki kimidir: I yer - 1000 manat, II yer - 800 manat, III yer - 600 manat, həvəsləndirici mükafat - 300 manat.



Baxış sayı: 1558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024