12px13px15px17px
Tarix:20/06/11

“Skype” bir neçə top-meneceri işdən azad edib

İnternet-telefoniya xidmətini idarə edən “Skype Technologies S.A”. şirkəti rəhbər şəxslərdən bir neçə nəfəri işdən azad edib.
Məlumata görə, şirkətin 4 vitse-prezidenti “Skype”dakı vəzifəsindən məhrum edilib: Devid Qurl , Kristofer Din , Don Albert və Rass Şou .
Bundan başqa, marketinq üzrə direktor Daq Byuşer və şirkətin kadr şöbəsinə rəhbərlik etmiş Enn Qillespi , həmçinin “Qik”in rəhbərləri Ramu Sunkara və Ellison Kampa da işdən azad edilənlər sırasındadır. “Qik” xidmətini “Skype” 2011-ci ilin yanvarında 100 milyon dollara əldə edib.
“Skype”ın icraçı direktoru Toni Beyts öz postunda qalıb. Onun “Microsoft” tərkibində yaradılacaq “Skype” bölməsinin rəhbəri vəzifəsini tutacağı güman edilir.
Məlumat üçün bildirək ki, “Microsoft” korporasiyası tərəfindən “Skype”ın alınması may ayının 10-da elan edilib. Borclar da daxil olmaqla “Microsoft” “Skype” üçün 8,5 milyard dollar ödəyəcək. İyun ayının 17-də ABŞ-ın Ticarət üzrə Federal Komissiyası sazişi təsdiq edib.
“Microsoft” “Skype”ı bir sıra öz xidmətləri, həmçinin Xbox 360-ın oyun konsolu, “Windows Phone” mobil əməliyyat sistemi, “Outlook” poçt müştərisi və biznes-istifadəçilərə yönəldilmiş Lync rabitə platforması ilə inteqrasiya etməyi planlaşdırır.



Baxış sayı: 1142

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024