Tarix:15/11/11
Təqdimat mərasimini giriş sözü ilə açan “Rəqəmsal İnkişaf” İB-nin sədri Könül Ağayeva bildirib ki, sözügedən sayt Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib, sosial media, bloqçuluq, müxtəlif sosial şəbəkə və xidmətlər barədə məlumatları əks etdirir.
“Əsas informasiya mənbəyimiz internetdir. Hətta kitabxanalara getmədən istənilən informasiyanı internetdən tapa bilirik. Məqsədimiz odur ki, internetin əyləncə və ünsiyyətdən başqa, digər imkanlarını da diqqətə çatdıraraq, müxtəlif xidmətlərdən istifadə yolları və sosial medianın genişləndirilməsi imkanlarını sayt oxucularına təqdim edək”.
K.Ağayeva vurğulayıb ki, “sosialmedia.net”dəki məlumatlar istər bloqçu, istər jurnalist, istərsə də adi vətəndaşlar üçün faydalı ola bilər. Onun sözlərinə görə, layihə çərçivəsində “Wordpress”in 3-сü versiyası da tərcümə olunub.
Layihənin icrasında məsləhətçi kimi iştirak edən sosial media üzrə mütəxəssis İlqar Mirzə isə bildirib ki, internetdə Azərbaycan dilində məlumatın az olması, eləcə də bir çox məşhur resurslarda dilimizə düzgün tərcümənin olmaması əsas problemlərdən biridir.
“Biz bu sayt çərçivəsində məlumat baxımından internet istifadəçilərinə kömək etməyə çalışsaq da, çox təəssüflər olsun ki, terminologiya baxımından qeyri-dəqiqlik və çatışmazlıq var. Bu da tərcümə işinə çətinlik yaradır”.
Daha sonra çıxış edən politoloq Razi Nurullayev və Avrasiya Əməkdaşlıq Fondunun nümayəndəsi Rəşad Əliyev də söyləyiblər ki, bu saytın gerçəkləşməsi və davamlı olaraq yenilənməsi azərbaycandilli internet istifadəçiləri üçün sosial medianın produktivliyi və çoxfunksionallığından yararlanmağa kömək edəcək.
“Rəqəmsal İnkişaf” İctimai Birliyi sosial media üzrə köməkçi informasiya resursu yaradıb
“Rəqəmsal İnkişaf” İctimai Birliyi sosial media sahəsində çalışanlar və bu sahəyə marağı olan şəxslər üçün informasiya resursu rolunu oynayan “sosialmedia.net” saytının təqdimatını keçirib.Təqdimat mərasimini giriş sözü ilə açan “Rəqəmsal İnkişaf” İB-nin sədri Könül Ağayeva bildirib ki, sözügedən sayt Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib, sosial media, bloqçuluq, müxtəlif sosial şəbəkə və xidmətlər barədə məlumatları əks etdirir.
“Əsas informasiya mənbəyimiz internetdir. Hətta kitabxanalara getmədən istənilən informasiyanı internetdən tapa bilirik. Məqsədimiz odur ki, internetin əyləncə və ünsiyyətdən başqa, digər imkanlarını da diqqətə çatdıraraq, müxtəlif xidmətlərdən istifadə yolları və sosial medianın genişləndirilməsi imkanlarını sayt oxucularına təqdim edək”.
K.Ağayeva vurğulayıb ki, “sosialmedia.net”dəki məlumatlar istər bloqçu, istər jurnalist, istərsə də adi vətəndaşlar üçün faydalı ola bilər. Onun sözlərinə görə, layihə çərçivəsində “Wordpress”in 3-сü versiyası da tərcümə olunub.
Layihənin icrasında məsləhətçi kimi iştirak edən sosial media üzrə mütəxəssis İlqar Mirzə isə bildirib ki, internetdə Azərbaycan dilində məlumatın az olması, eləcə də bir çox məşhur resurslarda dilimizə düzgün tərcümənin olmaması əsas problemlərdən biridir.
“Biz bu sayt çərçivəsində məlumat baxımından internet istifadəçilərinə kömək etməyə çalışsaq da, çox təəssüflər olsun ki, terminologiya baxımından qeyri-dəqiqlik və çatışmazlıq var. Bu da tərcümə işinə çətinlik yaradır”.
Daha sonra çıxış edən politoloq Razi Nurullayev və Avrasiya Əməkdaşlıq Fondunun nümayəndəsi Rəşad Əliyev də söyləyiblər ki, bu saytın gerçəkləşməsi və davamlı olaraq yenilənməsi azərbaycandilli internet istifadəçiləri üçün sosial medianın produktivliyi və çoxfunksionallığından yararlanmağa kömək edəcək.
Baxış sayı: 1952
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib