12px13px15px17px
Tarix:20/06/11

Hakim barışığa görə “Apple” və “Samsung”a şokolad təklif edib

Böyük İT korporasiyaların çoxsaylı patent iddiaları hətta hakimləri belə yorub. “Apple” və “Samsung” şirkətlərinin qarşılıqlı iddia ərizələrinə baxaraq, hakim Lüsi Kox nəhəngləri sərbəst olaraq razılaşmağa çağırıb. "Məgər mehriban yaşamaq olmaz? İstəyirsinizsə, mən sizə şokolad qutusu göndərim" – deyə, hakim təklif edib.
Cavab olaraq “Apple” vəkili Harold MakElxinni bildirib ki, hər iki şirkət "ən yüksək səviyyədə" danışıqlar aparır. Lakin o, korporasiya nümayəndələrinin söhbətlərinin gedişi haqqında danışmayıb. Bununla belə Kupertinodan şirkət “Samsung” barəsində iddiaların siyahısını genişləndirib. Əvvəllər “Apple” şirkətinin şikayətində Cənubi Koreya istehsalçısının 14 qurğusu göstərilirdi, indi isə 28 göstərilib.
İddiaçı hesab edir ki, cavabdeh “Apple” məhsullarının xarici görünüşünü, “Galaxy Ace” kimi, “Nexus S”, “Galaxy S İİ”, “İnfuse 4G” və s. kimi smartfonlarda "kobud təqlid edir". Amerika korporasiyası iddia edib ki, onlar bazara bir-birinə oxşamayan smartfonları çıxartmaq üçün xeyli vaxt, vasitə və güc sərf ediblər.
“Samsung” şirkəti isə sadəcə yad ideyalardan istifadə edib.



Baxış sayı: 2575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024